Məhkəmə qərarları › İş №2(073)-2594/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2594/2023

28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2594/2023 28.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, 28 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulun ondan (cavabdehdən) tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək Cavabdeh qarşı məhkəmədə maddi ziyan tələbi ilə bağlı iddia qaldırıldığını, məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 1(060)-72/2022 saylı, 29 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzrəinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Hökm və onun icra olunması barədə göstəriş icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçınə daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Məhkum Cavabdeh xx.xx.2022ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ və enerji adapteri təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökümünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh Abşeron rayon məhkəməsinin 1(012)-168/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-ü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. O, üzərində olan elektron nəzarət vasitəsini təhvil verməmiş və harada olmasını da bilmir. Belə olan halda hesab edilir ki, cavabdeh məsluliyyətli olmadığından mobil nəzarət qurğuşun, elektron qolbaq və elektrik adapterini itirmiş və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Sumqayıt şəhər məhkəməsinin 1(060)-72/2022 saylı, 29 mart 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Yaşıldərə bağlar massivindəki fərdi evini tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh qeydiyyatdan keçmək üçün 3 gün müddətində İddiaçınə gəlməsi ilə bağlı rəsmi qaydada məlumat verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə saat 17:00-da Sumqayıt şəhəri 18-ci məhəllə bina 4/12-də İddiaçı inzibati binasında əməyə və təhsilə vicdanlı münasibət göstərməsinə, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına riayət edilməsinə yönəlmiş fərdi söhbət aparılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsindən boyun qaçırdığı halda töhmət növündə tənbeh veriləcəyi, töhmət verildikdən sonra il ərzində iki dəfə üzürlü səbəb olmadan məhkəmə tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirmədiyi halda cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyəm təqdimat verilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi barədə xəbərdarlıq edilmiş, daha sonra ona 1 ədəd mobil nəzarət qurğusu və 1 ədəd elektron qolbağ təhvil verilmişdir. İşdə olan Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-168/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Cavabdeh təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022i il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi ilə qəti cəza təyin edilmiş və çəkilməmiş 1 il 9 ay 23 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası AR CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 10 (on) ay 26 (iyirmi altı) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzaya qismən birləşdirilmiş və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı tərəfindən ona təhkim olunmuş elektron nəzarət vasitəsini təhvil verməmiş (itirmiş), nəticədə iddiaçıya 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən elektron nəzarət vasitəsini təhvil vermədiyinə (itirdiyinə) görə iddiaçıya 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə 2277.40 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar