Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2612/2024 11.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1230 (bir min iki yüz otuz) manat əsas borcun və 32,30 (otuz iki manat otuz qəpik) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, o, fiziki şəxs kimi mebel satışı ilə məşğul olur. Cavabdeh xx.xx.2022-ci il tarixdə 1200 (bir min iki yüz) manat dəyərində 1 ədəd Samsung 43TU 7100 markalı televizor və xx.xx.2022-ci il tarixdə 1500 (bir min beş yüz) manat dəyərində 1 ədəd Samsung UE ** AU ***0U markalı televizoru 300 (üç yüz) manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 75 manat və 1 ədəd Samsung UE ** AU ***0U markalı televizoru 120 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 115 manat ödəmək şərti ilə razılaşaraq müqavilə bağlayaraq satmışdır. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməyərək aldığı əşyaların pulundan cəmi 1470 manat ödəniş edərək və 1230 manat borcu qalmışdır. Həmin müddətdən bəri hazırki tarixə kimi cavabdeh ödənişini etməmişdir. O, dəfələrlə cavabdehdən ona borclu olduğu pulu tələb etsə də, cavabdeh borcunu müqavilə üzrə ödəməkdən dolayı yolla imtina etmişdir. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, malların satışı vərəqəsindən görünür ki, Cavabdeh iddiaçı X1 1200 (bir min iki yüz) manat dəyərində 1 ədəd Samsung ** TU ***0 markalı televizor götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 75 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, malların satışı vərəqəsindən görünür ki, Cavabdeh iddiaçı X1 1500 (bir min beş yüz) manat dəyərində 1 ədəd Samsung UE ** AU ***0U markalı televizoru götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 115 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 32,30 (otuz iki manat otuz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32,30 (otuz iki manat otuz qəpik) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1230 (bir min iki yüz otuz) manat əsas borcun və 32,30 (otuz iki manat otuz qəpik) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2612/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2612/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver