Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2616/2024 28.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 210 manat dəymiş maddi ziyan və 30 manat manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o (iddiaçı), şəkər xəstəsi olduğu üçün Cəlilabad rayon Diaqnostika Mərkəzindən hər ay dövlət tərəfindən verilən dərmanları almaq üçün xx.xx.2024-cü il tarixdə özünə məxsus olan "Opel Astra" markalı minik avtomobilini mərkəzin dayanacaq yerində saxlayaraq Diaqnostoka Mərkəzinə girmişdir. Ondan sonra həmin yerə ** PR *** dövlət qeydiyyat nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü gəlmiş və onun avtomobilinin yanında saxlayaraq maşınının oradan təcili götürülməsini tələb edərək, nalayiq söyüşlər işlədərək, hətta əlində olan bıçaqla onu hədələyərək ürək nahiyyəsinə bir zərbə endirmişdir. O, açıq ürək əməliyyatı keçirdiyi üçün vurulan zərbəyə tab gətirə bilmədiyi üçün yerə yıxılmış və orada olan şəxslərin köməkliyi ilə onu Cavabdeh əlindən almışlar. Lakin onun bütün bunlardan sonra ürəyi soyumayaraq şəxsi abtomobilinin arxa şüşəsini əli ilə qəsdən sındıraraq ona (iddiaçıya) maddi ziyan vurmuşdur. Buna görə də o, dərhal AR DİN-nin 102 xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı Şahin Abbasovun xx.xx.2024-cü il tarixlu qərarı ilə araşdırma aparılmış, həmçinin hadisə yerinə baxış keçirilərək ona məxsus olan "Opel Astra" markalı avtomobilin arxa şüşəsinin sındırılaraq yararsız hala salınması da sübuta yetirilmişdir. Törədilmiş hadisəyə görə Cəlilabad RPŞ-də xx.xx.2024-cü il tarixdə araşdırma aparılmış və Cəlilabad RPŞ-nin “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərara əsasən aparılmış araşdırmalara əsasən avtomaşına baxış keçirilmiş və müvafiq protokol tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, onun maşınına 210 manat maddi ziyan dəymişdir. X1 RPŞ-də şikayəti araşdıraraq şikayəti mülki xarakterli olduğu üçün həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh onun pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Cəlilabad RPŞ-nin xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərarından görünür ki, həmin qərarla İddiaçı Cavabdeh qarşı şikayəti əsasında araşdırma aparılaraq şikayəti mülki xarakterli olduğu üçün şikayətçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti Cəlilabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Polis Şöbəsində Cavabdeh izahatını almaq üçün onun istifadə etdiyi mobil nömrə ilə əlaqə saxlanılmış, Cavabdeh Vətən müharibəsi qazisi olduğunu, Vətən müharibəsində iştirak etdiyi üçün bəzən hərəkətlərinə nəzarət edə bilmədiyini, buna görə də ruhi-əsəb dispanserinda müalicə aldığını, hal-hazırda da Bakı şəhər Xəzər rayonu Maştağa qəsəbəsində olan ruhi əsəb dispanserində müalicə aldığını bildirmiş, buna görə də Cəlilabad RPŞ-nə gələrək izahat verməkdən imtina etmişdir. Həmin qərardan görünür ki, avtomobildə görüləcək işlərin hesablanması aktına əsasən İddiaçı Firidun oğluna məxsus "Opel Astra" markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 210 manat dəyərində maddi ziyan dəymişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-ci il tarixdə Cəlilabad rayonu, Üçtəpə kəndində yaşayan Cavabdeh ilə Cəlilabad şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan İddiaçı Firidun oğlu arasında Cəlilabad şəhəri, Qurtuluş prospektində olan Diaqnostika Mərkəzinin qarşısında avtomobil saxlamaq üstündə mübahisə olmuşdur. Mübahisə zamanı Cavabdeh İddiaçı sağ baldır nahiyyəsinə sıyrıq xəsarəti yetirmişdir. Həmçinin Cavabdeh İddiaçı məxsus "Opel Astra" markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini əli ilə qəsddən vuraraq sındırmaqla ona 210 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanı əməlini törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən delikt törədilmiş və nəticədə iddiaçının əmlakına ziyan dəymişdir və cavabdeh deliktdən yaranmış öhdəlik olmaqla həmin ziyanı ödəmək öhdəliyi daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 210 (iki yüz on) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2616/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2616/2024
28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver