Məhkəmə qərarları › İş №2(073)-2656/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2656/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2656/2024 07.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 272 (iki yüz yetmiş iki) manat əsas borcun, 45 (qırx beş) manat cərimə borcun, ümumilikdə 317 (üç yüz on yeddi) borc və 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, o, fiziki şəxs kimi mebel satışı ilə məşğul olur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixində 700 manat dəyətində 1 (bir) ədəd “Çarpayı Valensiya”, 980 manat dəyərində bir ədəd “Dolab Valensiya”, 350 manat dəyərində “Termo Valensiya, 220 manat dəyərində bir cüt “Tumba Valensiya”, 150 manat dəyərində “Döşək Perla”, 40 manat dəyərində Vintelyator, 90 manat dəyərində “Ət çəkən”, 140 manat dəyərində “Tozsoran Galaxi”, 780 manat dəyərində 12 ədəd “Stul Qartal”, 500 manat dəyərində iki ədəd “Masa Leksus”, 780 manat dəyərində Künc “Divan Buta”, 80 manat dəyərində “Jurnalnı krem”, 60 manat dəyərində “Ütü Masası”, 35 manat dəyərində “Ütü Sokany”, 140 manat dəyərində “Qazan Dəsti”, 120 manat dəyərində “Qaşıq Dəsti”, 130 manat dəyərində “Duxovka İtimat”, 35 manat dəyərində “Mikser Galaxi”, 30 manat dəyərində “Blender Sokany” və 40 manat dəyərində bir cüt “naçnik” olmaqla ümumilikdə 5400 manat dəyərində alış-veriş etmişdirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi dəyəri 5400 manat olan bu məhsulları ilkin ödəniş 500 manat ödəməklə qalan 4900 manat pulu 12 ay müddətində hər ay 408,33 manat, sonuncu ay 408,37 manat ödəmək şərti ilə kredit müqaviləsi bağlayaraq satmışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək hazırki tarixə 272 manat əsas borcu qalmışdır. O, dəfələrlə cavabdehlərdən ona borclu olduğu pulu tələb etsə də onlar, borcu ödəməkdən dolayı yolla imtina etmişdirlər. Cavabdehlər halhazırki vaxta kimi borclu olduqları puldan 4628 manat ödəniş edərək qalan 272 manat pulu ödəniş etməmişdirlər. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, DÖ000000335 saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X1 700 manat dəyətində 1 (bir) ədəd “Çarpayı Valensiya”, 980 manat dəyərində bir ədəd “Dolab Valensiya”, 350 manat dəyərində “Termo Valensiya, 220 manat dəyərində bir cüt “Tumba Valensiya”, 150 manat dəyərində “Döşək Perla”, 40 manat dəyərində Vintelyator, 90 manat dəyərində “Ət çəkən”, 140 manat dəyərində “Tozsoran Galaxi”, 780 manat dəyərində 12 ədəd “Stul Qartal”, 500 manat dəyərində iki ədəd “Masa Leksus”, 780 manat dəyərində Künc “Divan Buta”, 80 manat dəyərində “Jurnalnı krem”, 60 manat dəyərində “Ütü Masası”, 35 manat dəyərində “Ütü Sokany”, 140 manat dəyərində “Qazan Dəsti”, 120 manat dəyərində “Qaşıq Dəsti”, 130 manat dəyərində “Duxovka İtimat”, 35 manat dəyərində “Mikser Galaxi”, 30 manat dəyərində “Blender Sokany” və 40 manat dəyərində bir cüt “naçnik” olmaqla ümumilikdə 5400 manat dəyərində alış-veriş etmişlər, aldığı əşyaların dəyərini 12 ay ərzində, hər ay 408,33 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, DÖ000000335 saylı alqı-satqı müqaviləsi üzrə 5400 manat borcundan ilkin ödəniş olaraq 500 manat ödəniş etmiş, qalan 4900 manat borcundan isə 4628 manat ödəniş edərək müqavilə üzrə 272 manat borcu qalmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 272 (iki yüz yetmiş iki) manat əsas borcun, 45 (qırx beş) manat cərimə borcun, ümumilikdə 317 (üç yüz on yeddi) borc və 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar