Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2714/2023 25.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X1rşı müraciətinin tam və obyektiv cavablandırılması üçün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzərinə müvafiq məcburedici vəzifənin və dəymiş zərərə görə 1000 manat ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciətinin tam və obyektiv cavablandırılması üçün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzərinə müvafiq məcburedici vəzifənin və dəymiş zərərə görə 1000 manat ödənilməsi öhdəliyinin qoyulmasının təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə tərəfindən müəyyən olundu ki, iddia ərizəsi hazırlanarkən iddiaçı tərəfindən iddia ərizəsinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və ərizəni vermiş şəxsə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq… Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı X1rşı müraciətinin tam və obyektiv cavablandırılması üçün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzərinə müvafiq məcburedici vəzifənin və dəymiş zərərə görə 1000 manat ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2714/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2714/2023
25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver