Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-275/2023 30.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit borcunun cavabdehlərdən birgə qaydada tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 2200,11 manat əsas, 582,72 manat faiz, 503,62 manat cərimə borcu olmaqla, cəmi 3286,51 manat məbləğində borcun və ödənilmiş 52,86 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 27 faiz olmaqla 36 ay müddətinə 2928 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 ilə iddiaçı Bank arasında 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdeh iddiaçı Banka olan borcunu vaxtında ödəmədiyindən xx.xx.2022-ci il tarixə onun iddiaçı cəmiyyətə 2200,11 manat əsas borcu, 582,72 manat faiz borcu, 503,62 manat cərimə borcu olmaqla, cəmi 3286,46 manat məbləğində borcu yaranmışdır. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcu ödəməmişlər. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASCnin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 2200,11 manat əsas, 582,72 manat faiz, 503,62 manat cərimə borcu olmaqla, cəmi 3286,51 manat məbləğində borcun və ödənilmiş 52,86 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 12 iyun 2020-ci il tarixli İK2185/20 saylı kredit müqaviləsindən görünür ki, iddaçı Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 27 faiz olmaqla 2928 manat kredit verilmişdir, zamin Cavabdeh2 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərini icra etməsi üçün borcalanla birgə məsuliyyəti üzərinə götürmüşdür. İşdə olan 12 iyun 2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 oglu 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 2928 manat vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad rayon filialından almışdır. İşdə olan 10 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 10 yanvar 2023-cü il tarixə 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsinə əsasən 2200,11 manat əsas borcu, 635,50 manat faiz borcu, 503,62 manat cərimə borcu olmaqla, cəmi 3339,23 manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə qanuna müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 52,86 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsinə əsasən illik 27 faiz olmaqla 36 ay müddətinə 2928 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə iddiaçı Bank arasında 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı kreditor qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdeh iddiaçı Banka olan borcunu vaxtında ödəmədiyindən onun iddiaçı cəmiyyətə 10 yanvar 2023-cü il tarixə 2200,11 manat əsas borcu, 635,50 manat faiz borcu, 503,62 manat cərimə borcu olmaqla, cəmi 3339,23 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcu ödəməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1nın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı zaminlik müqaviləsi ilə müəyyən edilir ki, zamin 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərini icra etməsi üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı Banka hazırkı borc yaranmışdır. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən cəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun odənilməsi tələbi uzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Odur ki, məhkəmə 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi üzrə hesablanmış 503,62 manat dəbbə pulunun azaldılaraq 100 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də borclunun mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi üzrə 2200,11 manat əsas borc, 582,72 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 2882,83 manat kredit borcu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 52,86 manat dövlət rüsumu da cavabdehlərdən birgə qaydada alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12 iyun 2020-ci il tarixli, İK2185/20 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2200,11 (iki min iki yüz iyirmi manat on bir qəpik) manat, faiz borcu qismində 582,72 (beş yüz səksən iki manat yetmiş iki qəpik) manat, cərimə borcu qismində 100 (bir yüz) manat, cəmi 2882,83 (iki min səkkiz yüz səksən iki manat səksən üç qəpik) manat borc və 52,86 (əlli iki manat səksən altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-275/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-275/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver