Məhkəmə qərarları › İş №2(073)-276/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-276/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-276/2023 02.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Əhmədov Muradəli Şirnalı oğlunun hüquqi varisi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Əhmədov Muradəli Şirnalı oğlunun hüquqi varisi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-in xeyrinə 4140.81 manat əsas borc, 1880.15 manat faiz borcu, 2967.31 manat cərimə, ümumilikdə 8988.27 (səkkiz min doqquz yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat borcun və 109.88 (bir yüz doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı bankla Əhmədov Muradəli Şirnalı oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 020L**********07 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Əhmədov Muradəli Şirnalı oğluna 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmış və xx.xx.2020-ci il tarixli, 0020R********** saylı kredit razılaşmasına əsasən iddiaçı Bank tərəfindən Əhmədov Muradəli Şirnalı oğluna 15 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5000 (beş min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı, Cavabdeh3 arasında isə xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Əhmədov Muradəli Şirnalı oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Ödəniş cədvəlinə əsasən Əhmədov Muradəli Şirnalı oğlu xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək cəmi 5858.70 manat ödəməklə iddiaçı banka olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Əhmədov Muradəli Şirnalı oğlu kredit müqaviləsinin tələblərini pozaraq ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kredit razılamasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Əhmədov Muradəli Şirnalı oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 839 gün üçün hesablanmış faiz borcu 1800.15 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 839 gün üçün hesablanmış cərimə borcu 2967.31 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin xx.xx.2021-ci il tarixdə verdiyi arayışdan X8 Şirnalı oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Əhmədov Muradəli Şirnalı oğlunun adına ümumi birgə payda Cəlilabad rayonu Mollalı kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair JN-022A kod-80614078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Cəlilabar rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 989 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum Əhmədov Muradəli Şirnalı oğlunun adına olan Cəlilabad rayonu Mollalı kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsi həyat yoldaşının istifadəsindədir. Belə ki, faktiki vərəsələr-mərhumun arvadı Əhmədova X3 rayonu Mollalı kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsini istifadə etməklə miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən adları qeyd olunmuş şəxslər mərhum Əhmədov Muradəli Şirnalı oğlunun faktiki vərəsəsi hesab edilirlər. Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13628-1222 nömrəli məktubuna əsasən, Əhmədov Muradəli Şirnalı oğlunun adında “VAZ-21 013” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Qeyd olunanlara əsasən iddiaçı bank Əhmədov Muradəli Şirnalı oğlunun xx.xx.2020-ci il tarixli 0020R********** saylı kredit razılaşması üzrə olan borcunu onun faktiki vərəsəsi Cavabdeh1 və iddiaçı bankla zaminlik müqaviləsi imzalamış Cavabdeh2 və Cavabdeh3 tələb edir. Tələb edilməsinə baxmayaraq cavabdehlər yaranmış borcun ödənilməsini təmin etməmişdirlər. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X4 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı bankla Əhmədov Muradəli Şirnalı oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020L**********07 saylı uzun müddətli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Muradəli Əhmədova 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmış və xx.xx.2020-ci il tarixli, 0020R********** saylı kredit razılaşmasına əsasən iddiaçı bank tərəfindən Əhmədov Muradəli Şirnalı oğluna 15 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5000 (beş min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı və Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Əhmədov Muradəli Şirnalı oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. Hazırda Cavabdeh1 Əhmədov Muradəli Şirnalı oğlununu faktiki vərəsəsi olaraq ondan qalan miras əmlakı idarə edir. İddiaçı bank tərəfindən borcalan sığortalanmalı olduğu halda həmin qaydaya riayət edilməmişdir. Bu səbəbdən də iddiaçı bankın borc tələb etməsi əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Əhmədov Muradəli Şirnalı oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020L**********07 saylı uzun müddətli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Əhmədov Muradəli Şirnalı oğluna 200 000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC ilə Əhmədov Muradəli Şirnalı oğlu arasında bağlanmış xx.xx.2020-ci, 0020R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı bank tərəfindən Əhmədov Muradəli Şirnalı oğluna 15 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bankla cavabdeh Əhmədov Muradəli Şirnalı oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0020R********** saylı kredit razılaşmasıi üzrə ödəniş cədvəlindən görünür ki, Əhmədov Muradəli Şirnalı oğlu xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək cəmi 5858.70 manat ödəməklə aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 020L**********07 saylı uzun müddətli kredit müqaviləsi üzrə Əhmədov Muradəli Şirnalı oğlunun öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan iddiaçı bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, 020L**********07 saylı uzun müddətli kredit müqaviləsi üzrə Əhmədov Muradəli Şirnalı oğlunun öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əhmədov Muradəli Şirnalı oğlunun xx.xx.2020-ci il tarixli, 0020R********** saylı kredit razılaşması üzrə iddiaçı banka olan borcu 4140.81 manat əsas borc, 1880.15 manat faiz borcu, 2967.31 manat cərimə, ümumilikdə 8988.27 (səkkiz min doqquz yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat təşkil edir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Muradəli Şirnalı oğlu xx.xx.2020-ci idə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əhmədov Muradəli Şirnalı oğlunun adına ümumi birgə payda Cəlilabad rayonu Mollalı kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair JN-022A kod-80614078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İşdə olan Cəlilabar rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 989 saylı məktubdan görünür ki, xx.xx.1956-cı il tarixdə Cəlilabad rayonu Mollalı kəndində anadan olmuş Əhmədov Muradəli Şirnalı oğlunun adına olan Cəlilabad rayonu Mollalı kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsi həyat yoldaşı Cavabdeh1 istifadəsindədir. İşdə olan Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13628-1222 saylı məktubdan görünür ki, Əhmədov Muradəli Şirnalı oğlunun adında “VAZ-21 013” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İşdə olan Cəlilabad rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Əhmədov Muradəli Şirnalı oğluna Cəlilabad rayonu 1 saylı Notariat Ofoisində vərəsəlik işi açılmamışdır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıqlardan görünür ki, iddiaçı bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, hazrkı iddianın verilməsi ilə əlaqədar iddiaçı bank tərəfindən 109.88 (bir yüz doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı bankla Əhmədov Muradəli Şirnalı oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 020L**********07 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Əhmədov Muradəli Şirnalı oğluna 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmış və xx.xx.2020-ci il tarixli, 0020R********** saylı kredit razılaşmasına əsasən iddiaçı bank tərəfindən Əhmədov Muradəli Şirnalı oğluna 15 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5000 (beş min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı, Cavabdeh3 arasında isə xx.xx.2020-ci il tarixli, 020S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Əhmədov Muradəli Şirnalı oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Ödəniş cədvəlinə əsasən Əhmədov Muradəli Şirnalı oğlu xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək cəmi 5858.70 manat ödəməklə iddiaçı Banka olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Əhmədov Muradəli Şirnalı oğlu kredit müqaviləsinin tələblərini pozaraq ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Nəticədə kredit razılaşması üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. X8 Şirnalı oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Əhmədov Muradəli Şirnalı oğlunun adına ümumi birgə payda Cəlilabad rayonu Mollalı kəndində 0.35 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair JN-022A kod-80614078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və həmin torpaq sahəsi həyat yoldaşı Cavabdeh1 istifadəsindədir. Cavabdeh1 mərhum ərindən miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Kredit razılaşması üzrə yaranmış borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, işdə olan iddiaçı bankla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən müəyyən edilir ki, zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı banka borcu yaranmışdır. Məhkəmə iddianın 1880.15 faiz borcu tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, faiz borcu iddiaçı bankın tələb etdiyi məbləğlə deyil öhdəliyin başa çatdığı dövrə olan məbləğlə, yəni 858.7 (səkkiz yüz əlli səkkiz manat yetmiş qəpik) manat müəyyən edilməlidir. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclular əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 2967.31 manatdan azaldılaraq 200 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 109.88 (bir yüz doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4140.81 manat əsas borc, 858.7 manat faiz borcu, 200 manat cərimə, cəmi 5199.51 (beş min bir yüz doxsan doqquz manat əlli bir qəpik) manat kredit borcu və 109.88 (bir yüz doqquz manat səksən səkkiz qəpik) manat dövlət rusumu alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar