Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-277/2024 01.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 11 saylı X4 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 11 saylı X4 Mərkəzi Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 906.36 (doqquz yüz altı manat otuz altı qəpik) manat pulun tutularaq 11 saylı X4 Mərkəzinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 11 saylı X4 Mərkəzinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə 11 saylı X4 Mərkəzin Göytəpə meşəbəyliyinin 13 saylı meşə dolayında Mərkəzin əməkdaşları tərəfindən araşdırma aparılan zaman Cəlilabad rayonu Fətullaqışlaq kənd sakini Cavabdeh qanunsuz agac kəsərək X7 zərər vurması faktı müəyyən olunmuşdur. Cavabdehin barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış material Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda, Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 906.36 (doqquz yüz altı manat otuz altı qəpik) manat məbləğində maddi zərərin vurulması müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə vurduğu zərərin əvəzini könüllü olaraq ödəməsi tələb edilmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097, 1110-cu maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 60991 saylı aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Mərkəzin Göytəpə meşəbəyliyinin 13 saylı meşə dolayında araşdırma aparılan zaman Cəlilabad rayonu Fətullaqışlaq kənd sakini Cavabdeh qanunsuz agac kəsərək X7 zərər vurması faktı müəyyən olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli həcm-qiymət cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdə Mərkəzin Göytəpə meşəbəyliyinin 13 saylı meşə dolayında ağac kəsilməsi nəticəsində dəymiş zəzərin məbləği 906.36 (doqquz yüz altı manat otuz altı qəpik) manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, iddiaçı Cavabdeh vurduğu ziyanı könüllü olaraq ödəməsini tələb etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə 11 saylı X4 Mərkəzin Göytəpə meşəbəyliyinin 13 saylı meşə dolayında Mərkəzin əməkdaşları tərəfindən araşdırma aparılan zaman Cəlilabad rayonu Fətullaqışlaq kənd sakini Cavabdeh qanunsuz agac kəsərək X7 zərər vurması faktı müəyyən olunmuşdur. Cavabdehin barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış material Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda, Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 906.36 (doqquz yüz altı manat otuz altı qəpik) manat məbləğində maddi zərərin vurulması müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə vurduğu zərərin əvəzini könüllü olaraq ödəməsi tələb edilmiş, lakin cavabdeh bundan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-cü maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyi üçün 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 906.36 (doqquz yüz altı manat otuz altı qəpik) manat pul alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidmətinin 11 saylı X4 Mərkəzinin hesabına köçürülsün. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-277/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-277/2024
01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver