Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2778/2024 28.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxs tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli cıxarışa əsasən onun (iddiaçının) mülkiyyətində olan Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 0.95 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrin aradan qaldırılması və həmin torpaqdan onun maneəsiz istifadə etməyinə şəraitin yaradılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsinin 8 sayli Cəlilabad Ərazi İdarəsi tərəfindən Cəlilabad rayon Aqrqr İslahat komissiyasının xx.xx.2003-cü il tarixli, 7 saylı qərarına əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. Çıxarışdan görünür ki, Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 0.95 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. O, xx.xx.2024-cü il tarixdə 121 Azərbaycan manatı dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 2 əməkdaşının, Boyxanlı kənd bələdiyyə sədrinin, Boyxanlı kənd İƏDÜNnin, Novruzallı kənd sakinlərinin və onun (iddiaçının) iştirakı ilə dəqiqləşmə aparılaraq ona məxsus olan torpaq sahəsi ona tanıtdırılmışdır. xx.xx.2024-cü il tarixdə o (iddiaçı), ora traktor aparıb şumlamaq istəyərkən Cavabdeh2 və Cavabdeh1 Əvəz oğlunun özü və adamları onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə hər cürə mane olmuşlar. Ona (iddiaçıya) torpaq sahəsinə daxil olmağına, oranı əkib-becərməyinə imkan vermirlər. O, cavabdeh şəxslərin hərəkətləri barədə polis orqanlarına dəfələrlə yazılı və şifahi müraciət etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir, 1996-cı ildə torpaq islahatı keçirilən zaman ona pay torpağı verilmişdir. Həmin torpağa dair Dövlət aktı da vardır. 2007-ci ildən həmin torpağı əkib-becərir. Onun (cavabdehin) torpağının 45 sotunu iddiaçıya veriblər. Ona deyiblər ki, həmin torpaq zəbtdir. Bu halda o da pay torpağını tələb edir. Hesab edir ki, onu müvafiq əmlak orqanın işçiləri aldadıb. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh1 Əvəz oğlunun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli cıxarışdan görünür ki, Cəlilabad rayonu, Məlikqasımlı kəndində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X1, X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında tərəflərin verdikləri izahatlara əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir, o, həmin sahədə işlər görmək istədikdə cavabdehlər ona maneə yaradaraq mülkiyyətindən istifadə etməsinə icazə vermirlər. Buna səbəb isə cavabdehin oranı öz torpağı zənn etməsi, həmin sahənin mülkiyyətçisinin özü (cavabdeh) olması gümanıdır. Cavabdeh məhkəməyə verdiyi izahatında torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu bildiyini, lakin həmin çıxarışın qanunsuz olaraq əmlak xidmətinin əməkdaşları tərəfindən verildiyini bildirmişdir ki, bununla bağlı müvafiq müraciətlərin edilməsi hüququna malik olması məhkəmə tərəfindən cavabdehə izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyəçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli cıxarışa əsasən İddiaçı və ailiə üzvlərinin ümumi birgə mülkiyyətində olan Cəlilabad rayonu, Məlikqasımlı kəndində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılsın və cavabdehlərə həmin torpaq sahəsindən iddiaçının öz mülahizəsi ilə istifadə etməsinə bir daha hər hansı qaydada maneə yaratmaları qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2778/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2778/2024
28.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver