Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2841/2024 04.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Masallı rayonu Qızılağac Bələdiyyəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Qızılağac kənd sakini X1 verilmiş **********72 nömrəli Çıxarışın Plan və ölçü xəritəsinin dəyişdirilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Masallı rayonu Qızılağac Bələdiyyəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Qızılağac kənd sakini X1 verilmiş **********72 nömrəli Çıxarışın Plan və ölçü xəritəsinin dəyişdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Masallı rayon Qızılağac kənd sakini X1 verilmiş Çıxarışın Texniki pasportunda kordinatların yeri dəyişdirilərək Şəhadətnaməsinə uyğun olaraq verilməsi və Qızılağac Bələdiyyəsinə verilmiş Çıxarışın, Texniki Pasportun bazda bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, tərəflər hər ikisi inzibati orqandır və yaranmış mübahisə də publik hüququn nizamasalma predmetinə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268 və 169-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Masallı rayonu Qızılağac Bələdiyyəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Qızılağac kənd sakini X1 verilmiş **********72 nömrəli Çıxarışın Plan və ölçü xəritəsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, müvafiq iddia ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2841/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2841/2024
04.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver