Məhkəmə qərarları › İş №2(073)-287/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-287/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-287/2024 28.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu maddi ziyana görə 750 (yeddi yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad şəhərində yaşayır və Cavabdeh maşın ustası kimi tanıyır. 2023-cü ilin sentyabr ayında idarə etdiyi «X1» markalı avtomobilində yaranan nasazlıqla bağlı avtomobili yoxlatdırmaq üçün Cavabdeh yanına aparmışdır. Cavabdeh avtomobilə baxış keçirdikdən sonra təmir etməyi öhdəsinə götürmüş, lakin mühərrik hissəsini açdıqdan sonra mühərrikdə yerləşən nizamlayıcı adlanan ehtiyyat hissəsini qıraraq yararsız hala salmışdır. Cavabdeh bir müddət çalışsa da həmin ehtiyyat hissəsini təmir edə bilmədyini etiraf edə bilməyəcəyini bildirmiş və başqa ustaya müraciət etməsini məsləhət bilmişdir. O həmin ehtiyyat hissəsini 300 (üç yüz) manata almış və avtomobili digər ustaya aparmaq üçün evakuator xidmətinə 100 (bir yüz) manat ödəmişdir. Nizamlayıcı adlanan ehtiyyat hissəsi yararsız hala düşdüyündən 70 (yetmiş) manat dəyərində yanacaq filtiri almaq məcburiyyətində qalmış və xidmət haqqı olaraq ustaya 200 (iki yüz) manat ödəmişdir. Ümimilikdə isə cavabdeh tərəfindən ona 750 (yeddi yüz əlli) manat dəyərində maddi ziyan vurulmuşdur. Ona vurduğu ziyanı ödəməsini tələb etməsinə baxmayaraq, cavabdeh həmin ziyanı ödəməmişdir. Bu səbəbdən Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi izah edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1096.1 və 1097.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmşidir. İddiaçı məhkəməyə ərizə göndərərək, ərizəsində iddianın həcmini azaldaraq, işə onun iştirakı olmadan baxılmasını və cavabdehdən vurduğu maddi ziyana görə 500 (beş yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, iddianı etiraf etdiyini və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2021-ci il tarixli vəsqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsinin üzvüdür. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar