Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-288/2024 14.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində borcun və 115 (bir yüz on beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilk dəfə 02 mart 2021-ci il tarixdə «Sədərək» ticarət mərkəzində icarə əsasında işlətdiyi 1-ci zona 6-cı sırada yerləşən 49 nömrəli mağazada tanımışdır. İlkin həmin mağazaya gələrək ona (iddiaçıya) yaxınlaşmış və özünün də qeyd olunan ticarət mərkəzində tekstil mallarının satışı ilə məşğul olduğunu bildirmişdir. O, bazarda əvvəllər uzun illər Maxsud Əsgərovun yanında işlədiyini, hazırda isə özü burada mağaza götürərək parça satdığını təsdiq etmişdir. O (iddiaçı) Maxsudu tanıdığı üçün və İlkinin də Maxsudun yanında işlədiyini bildirməsinə görə ona inanmış və onunla işləmək istəyini qəbul etmişdir. Daha sonra İlkin ondan (iddiaçıdan) nisyə parça götürmək istədiyini və tez bir zamanda sataraq pulunu ödəyəcəyini bildirmişdir. O da İlkinə artıq etibar etdiyi üçün etiraz etməmiş və bu şəkildə tanışlıqları yaranmış, elə həmin gün İlkinə 3400 manat dəyərində Özbəkistan istehsalı olan müxtəlif tekstil mallarından nisyə vermişdir. 04 mart 2021-ci il tarixdə İlkin mağazaya yanına gələrək malların 3400 manat pulunu tam şəkildə ödəmişdir. Onun səhəri günü isə 05 mart 2021-ci il tarixdə İlkin yenidən mağazaya gələrək ondan (iddiaçıdan) yenə də əlavə nisyə parçalardan istədiyini bildirmiş, bu dəfə də İlkinə inandığı üçün sonuncunun təklifi ilə ümumilikdə 7300 manat dəyərində Özbəkistan istehsalı, onlardan 6500 manat dəyərində bir metrəsinin qiyməti 2 manat 60 qəpik təşkil edən, bir topu 2,20 x 50 metr olan, hər topu 130 manat olmaqla 50 top çit materialından güllü parça, habelə 800 manat dəyərində, bir metrəsinin qiyməti 1 manat 60 qəpik təşkil edən, bir topu 1,60 x 50 metr olan, hər topu 80 manat olmaqla 10 top çit materialından eni qısa həmin güllü parçalardan vermişdir. Bu dəfə də İlkin tək gələrək həmin parçaları arabalara yüklədərək işlətdiyi mağazaya aparmış, hətta özü (iddiaçı) də İlkinin arxasınca gedərək malları necə mağazaya yığdığını görmüşdür. Bundan sonra İlkin müxtəlif vaxtlarda apardığı malların pulundan hissə-hissə qaytarmağa başlamışdır. Belə ki, 05 mart 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək olan müddət ərzində həmin parçaların pulundan 5700 manatını ödəmiş, lakin 1600 manat qalığı qalmasına baxmayaraq, 04 may 2021-ci il tarixdə ondan (iddiaçıdan) yenə nisyə parça vermsini xahiş etmişdir. İlkinin ona (iddiaçıya) 1600 manat pul qalığı qaldığı üçün etiraz etmiş və pulunu qaytardığı halda əlavə nisyə parça verəcəyini bildirmişdir. Etiraz etdiyinə görə İlkin heç bir söz deməyib çıxıb getmişdir. 07 may 2021-ci il tarixdə İlkin yenidən mağazaya gəlib müştərisinin olduğunu əsas gətirərək qalıq pulunu qaytarmadan israrla ondan yenə də parça istəmişdir. İlkinin müştərisi olduğunu dediyi sözə aldanaraq o bu dəfə etiraz etməmiş və müştərisi olduğu halda parçaları qısa zamanda satıb qazanc əldə etməklə onun da pulunu ödəyəcəyini hesab etmişdir. Ona görə də o, İlkinə həmin gün əlavə 7485 manat dəyərində Özbəkistan istehsalı, onlardan 6760 manat dəyərində Özbəkistan istehsalı, bir metrəsinin qiyməti 2 manat 60 qəpik təşkil edən, bir topu 2,20 x 50 metr olan, hər topu 130 manat olmaqla 52 top çit materialından güllü parça, qalan 725 manat dəyərində, bir metrəsinin qiyməti 1 manat 45 qəpik təşkil edən, bir topu 1,50 x 50 metr olan, hər topu 72 manat 50 qəpik olmaqla 10 top çit materialından ağ rəngli parçalardan vermişdir. Artıq bu haqq-hesabdan sonra 1600 manatı da üstünə gəlməklə İlkinin ona 9085 manat borcu yaranmışdır. İlkin yenə də parçaları arabalara yüklətdirib işlətdiyi mağazaya aparmışdır. Bir dəfə də 18 may 2021-ci il tarixdə İlkin mağazaya gələrək ona (iddiaıya) dediyi müştərilərə malları verməsinə baxmayaraq hələ də pulunu ödəmədiklərini bildirmiş və buna baxmayaraq yenə də parça verməyini xahiş etmişdir. Bu dəfə o, İlkinin israrla çox sayda xahişlərini nəzərə alıb etiraz etməmiş, lakin az miqdarda parça verəcəyini demiş və İlkinə 1300 manat dəyərində Özbəkistan istehsalı, bir metrəsinin qiyməti 2 manat 60 qəpik təşkil edən, bir topu 2,20 x 50 metr olan, hər topu 130 manat olmaqla 10 top çit materialından güllü parça vermiş və İlkinin ona (iddiaçıya) 10385 manat borcu yaranmışdır. Bundan sonra 12 iyun 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək olan müddət ərzində parçaların pulundan 2280 manatını ödəmiş, lakin yenə də 8105 manat qalığı qalmasına baxmayaraq elə 13 iyul 2021-ci il tarixdə ondan müştərisi olduğunu bildirərək əlavə 1000 metr çit materialından ağ rəngli parçadan istəmişdir. O (iddiaçı) həmin vaxt da İlkinə 1450 manat dəyərində Özbəkistan istehsalı, bir metrəsinin qiyməti 1 manat 45 qəpik təşkil edən, bir topu 1,50 x 50 metr olan, hər topu 72 manat 50 qəpik olmaqla 20 top çit materialından ağ rəngli parçadan vermişdir. İlkin parçaları götürməmiş əvvəl ona iki gündən sonra, yəni 15 iyul 2021-ci il tarixdə bütün nisyə götürdüyü malların pullarını qaytaracağını vəd vermişdir. İddiaçı da İlkinə inanıb heç bir söz deməmişdir. Bu dəfə də İlkin tək gəlmiş və parçaları arabalara yüklədərək mağazasına aparmışdır. 15 iyul 2021-ci il tarixdə o (iddiaçı) ticarət mərkəzində iş yerində olarkən İlkini axşama kimi gözləmiş, lakin bir xəbər çıxmamışdır. Buna baxmayaraq İlkinin işlətdiyi mağazaya yollanmış və mağazanın bağlı olduğunu görmüşdür. Ətrafdakı mağazada işləyənlərdən maraqlandıqda həmin satıcılar ona İlkinin həmin gün ümumiyyətlə işə gəlmədiyini, mağazanın səhər tezdən bağlı olduğunu bildirmişlər. Bir qədər sonra isə ona İlkinin artıq onu və digər şəxsləri aldadıb parçalarını ələ keçirməsi, həmin malları dəyər dəyməzinə başqa-başqa şəxslərə satıb Rusiya Federasiyasının Moskva şəhərinə qaçması məlum olmuşdur. Bu şəkildə İlkin onun etibarını qazanıb mallarını ələ keçirmiş və İlkinin aldatması nəticəsində hazırda ona 9500 (doqquz min beş yüz) maddi ziyan dəymişdir. İlkin qalan malların pulunu ona ödəmədiyi üçün və İlkinin onu aldadaraq pulları ələ keçirdiyini başa düşdüyü üçün məcbur olub 22 iyül 2021-ci il tarixdə Qaradağ rayon polis idarəsinə ərizə ilə müraciət etməli olmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə fakta görə Cavabdeh barəsində Qaradağ rayon prokurorunun müavini tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyət üzrə Qaradağ RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqinə həvalə edildiyindən icraata qəbul edilərək istintaq davam etdirilmiş, elə həmin tarixdə Cavabdeh oglu şübhəli şəxs qismində saxlanılaraq Qaradağ RPİ-nin MSY-yə təhvil verilmişdir. 19 sentyabr 2021-ci il tarixdə Cavabdeh ogluna Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə həmin cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və həmin iş üzrə zərərçəkmşiş şəxs qismində tanınaraq dindirilmiş ona mülki iddia ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilərək bildirilmişdir ki, Cavabdeh oglu ibtidai araşdırma zamanı borcunu tam etiraf etmiş və imkanı olan kimi həmin borcu qaytarmağa söz vermişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 329.3, 567, 600, 427, 600.4, 742.1 və 743-cü maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddianın həcminin azaldılmasına dair ərizə göndərərək, cavabdehdən 7500 (yeddi min beş yüz) manat pulun və dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını və işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh oglunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh oglu ibtidai istintaq zamanı verdiyi verdiyi izahatında tekstil mallarına görə İddiaçı 9 500 (doqquz min beş yüz) manat borcunun qaldığını etiraf etmiş və həmin pulu hissə-hissə İddiaçı qaytaracağını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan nisyə olaraq tekstil malları almış və iddiaçıya 9 500 (doqquz min beş yüz) manat manat borcu yaranmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh nisyə aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı cavabdehdən 7 500 (yeddi min beş yüz) manat pulun alınıb ona verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh oglundan 7500 (yeddi min beş yüz) manat pul və 115 (bir yüz on beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-288/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-288/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver