Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-288/2025 22.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əsgərov X1 Vüqar Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1745 (min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı məcburi köçkündür. Ağdam rayonu Qurdlar kəndində qediyyatda olmaqla, ailəsi ilə Bakı şəhəri Xətai rayonunda məskunlaşmışdır. Rəsmi iş yerindən minimum əmək haqqı məbləğində maaş aldığına görə axşamlar Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında qohumlarına kömək edərək ailəsini dolandırmaq üçün əlavə işlə məşğul olur. İşlədiyi Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarından tanıdığı tanışı, hazırda cavabdeh olan Cavabdeh 25 avqust 2023-cü ilin tarixdə könüllü iltizam tərtib edərək ondan 2 ay ərzində qaytarmaq şərti ilə 2225 manat pul götürmüşdür. Bundan başqa 18 oktyabr 2023-cü il tarixdə cavabdeh Whatsapp proqramı vasitəsi ilə zəng edərək, iddiaçıya göndərdiyi həmkəndlisinin kartına 1000 manat pul göndərməsini xahiş etmişdir. O, 1000 manat pulu cavabdehin Whatsapp proqramı vasitəsi ilə göndərdiyi kapital bankın “4169 7413 5011 8822” nömrəli hesabına köçürmüşdür. Cavabdeh iddiaçıdan aldığı pulları şəxsi fəhlə briqadası olduğunu bildirərək, işğaldan azad edilmiş ərazilərdə və eləcədə Bakı şəhərində briqadası ilə işlədiyini bildirmiş, işcilərini razı salmaq üçün onlara iş başlayanda yemək pulu vermək adıyla ondan götürmüşdür. İltizamda yazdığı pulları qaytardıqdan sonra ona 1000 manat pul verəcəyini bildirmişdir.Bundan sonra cavabdeh 14 Fevral 2024-cü il tarixdə iddiaçıyla 8-ci km bazarında görüşərək və könüllü iltizam tərtib edərək əlavə olaraq 1300 manat pul götürmüş və götürdüyü 1300 manatı 3 aya qaytaracağını bildirmişdir.Sonuncu dəfə isə 17 İyun 2024 tarixdə yenə işçilərinin yemək pulunu vermək adıyla ona Whatsapp proqramı vasitəsi ilə göndərdiyi hesaba 500 manat göndərməsini xaiş edərək 2 aya bütün borclarını bağlayacağını bildirmişdir. İddiaçı 500 manat pulu ona Whatsapp proqramı vasitəsi ilə göndərilən kapital bank kart hesabına köçürmüşdür. Cavabdeh ona olan borcundan bugünədək 2 dəfə 280 manat və 8 dəfə 340 manat qaytarmışdır. Daha sonra isə iddiaçıdan ona əlavə vaxt verməsini bildirərək qalan 1700 manat borcunu 2025-ci ildə işləyərək qaytaracağını bildirmişdir. Cavabdeh bügünə qədər ondan 4 dəfəyə götürdüyü ümumi 5025 manat borcundan özünün etiraf etdiyi kimi 3280 manat qaytarmışdır. Cavabdehin hal hazırda ona 1745 manat borcu var. Qalan borcunu isə işi olmadığına görə qaytara bilməmişdir. Daha sonra pulun qalan hissəsini tələb edəndə cavabdeh iddiaçıya işləmədiyini bildirərək borcunu qısa zamanda qaytaracağını bildirmişdir. Lakin cavabdeh götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir.Cavabdehə zəng edərək pullarını geri qaytarmasını tələb edəndə isə o, telefonu açmamış və zənglərinə cavab verməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh 25 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı verdiyi izahatında göstərmişdir ki, İddiaçı məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddia ilə tanışdır və iddianı etiraf edir. İmkanı olmadığına görə iddiaçıya olan borcunu ödəyə bilməmişdir. İşdə olan iltizamlardakı imzalar ona məxsusdur. İmkanı olanda iddiaçıya olan 1745 manat məbləğində borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdeh iddianı etiraf etməsi ilə bağlı yazılı izahatını da məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan iltizamlardan görünür ki, Cavabdeh İddiaçı 25 avqust 2023-cü il tarixdə 2 ay ərzində qaytarmaq şərti ilə 2225 manat və 14 fevral 2024cü il tarixdə 3 ay ərzində qaytarmaq şərti ilə 1300 manat pul götürdüyünü qeyd etmişdir. İş materiallarında olan AA seriyalı 106807 nömrəli “Məcburi köçkün vəsiqəsinin” surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarında olan Cavabdeh yazılı izahatından görünür ki, İddiaçı məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırdığını, iddianı etiraf etdiyini və imkanı olmadığına görə iddiaçıya olan borcunu ödəyə bilmədiyini qeyd etmişdir. İşdə olan iltizamlardakı imzaların ona məxsus olduğu və imkanı olanda iddiaçıya 1745 manat məbləğində olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müxtəlif vaxtlarda qaytarmaq şərti ilə İddiaçı ümumilikdə 5025 (beş min iyirmi beş) manat məbləğində borc pul almışdır. Bununla bağlı iddiaçıyla aralarında yazılı iltizamlar tərtib edərək imzalamışdır. Cavabdeh iddiaçıya olan borcundan müxtəlif vaxtlarda ümumilikdə 3280 (üç min iki yüz səksən) manat pul qaytarsa da, tələb edilməsinə baxmayaraq qalan 1745 (min yeddi yüz qırx beş) manat pulu iddiaçıya bu günədək qaytarmamışdır. Nəticədə İddiaçı cavabdehə qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 1745 manat məbləğində borclu olması cavabdehin məhkəmə hazırlıq iclasında iddianı etiraf edərək verdiyi şifahi və yazılı izahatları və iş materiallarında olan digər sənədlərlə də tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Odur ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 1745 (min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. İş materiallarında olan “Məcburi köçkün vəsiqəsinin” surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Buna görə də məhkəmə İddiaçı dövlət rüsumu ödənilməsindən azad edilməsini və bununla əlaqədar məhkəmədə iddia qaldırılarkən dövlət rüsumunun ödənilməməsini nəzərə alaraq hesab edir ki, ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 37,45 (otuz yeddi manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 1745 (bir min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 37,45 (otuz yeddi manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-288/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-288/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver