Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2924/2025 18.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad Rayon Məhkəməsinin hakimi Vəliyev Osman Akif oğlu İddiaçı cavabdeh Cəlilabad rayon Mənzil İstismar Sahəsinə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Cəlilabad Rayon Mənzil İstismar Sahəsinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, tələbin yönəlməli olan şəxs inzibati orqan, mübahisə isə özlüyündə inzibati xarakterlidir ki, buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Ərizənin məzmunundan da göründüyü kimi, iddiaçı cavabdeh olan inzibati orqandan mənzilə istifadə hüququnun tanınmasını tələb edir ki, bu da inzibati orqanın ya inzibati akt qəbul edilməsi ilə bağlı olan (məcburetmə) və ya inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında) iddia qaldırmaqla mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53.2.*-ci maddəsinə əsasən ərizəyə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin **4.*.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *53, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Cəlilabad rayon Mənzil İstismar Sahəsinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyi əsası ilə imtina edilsin. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, cavabdeh Cəlilabad rayon Mənzil İstismar Sahəsinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbi ilə müvafiq inzibati orqana və ya ərazi aidiyyəti tələbinə əməl etməklə müvafiq inzibati məhkəməyə (Şirvan İnzibati Məhkəməsinə) müraciət edə bilər. İddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2924/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2924/2025
18.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver