Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-293/2025 17.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən verilmiş **********22 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.022 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və həmin torpaqdan onun maneəsiz istifadə etməsinə şəraitin yaradılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən verilmiş **********22 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.022 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və həmin torpaqdan onun maneəsiz istifadə etməsinə şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1ndə yerləşən 0.022 ha yaşayış məntəqəsi torpaq sahəsinə X5 qanunla nəzərdə tutulmuş müvafiq sənədlərə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən 22 sentyabr 2017-ci il tarixdə ********** saylı, **********22 reyest nömrəli çıxarış almışdır. X5 0.022 ha torpaq sahəsini Cəlilabad rayon Notariat Kontorunun xx.xx.2017-ci il tarixli 4Ə-631 reyest nömrəli alqı-satqı müqaviləsi ilə atası X2. Həmin torpaq sahəsini atası onun adına rəsmiləşdirməklə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən 14 noyabr 2017-ci il tarixdə ********** və **********22 reyestr nömrəli çıxarış almışdır. Bundan əlavə cavabdeh 2019-cu ildə onlara qarşı Şirvan- İnzibati-lqtisadi Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin 17 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Bundan sonra cavabdeh apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti də təmin edilməmişdir. Cavabdeh yenidən kassasiya şikayəti vermiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-82/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bütün göstərilənlərə baxmayaraq Cavabdeh əsassız olaraq onlara qarşı məhkəməyə müraciət etmiş və mülki iş Cəlilabad rayon Məhkəməsinin icraatındadır. O, hazırda özünə məxsus olan öz torpaq sahəsində heç bir tikinti və ya hasarlama işləri apara bilmir ona görə ki, cavabdeh ona maneələr yaradır. Cavabdehdən torpağ üzərində aparılmış hasarlama işinin ləğv edilməsini dəfələrlə tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında tərcüməçi X4 iştirakı ilə Cavabdeh nümayəndəsi X8 iddianı etiraf etməyərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi ünvan 1ndə yerləşən 0.022 ha torpaq sahəsinin iddiaçıya aidiyyatı yoxdur, qeyri müəyyən ərazidir. Həmin torpaq onlara məxsusdur və Tofiqin çıxarışı saxta tərtib edilmişdir. Ona görə də, həmin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********22 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında X6 xüsusi mülkiyyətinə verilmiş 0.022 hektar həyətyanı torpaq sahəsi 14 noyabr 2017-ci il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegasiyasının 23 sentyabr 2020-ci il tarixli, 2-1(102)-1225/2020 saylı qərarında görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasia Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-82/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 3-21-3-44/2- 1602/2025 saylı mütəxəssis rəyindən görünür ki, iddia tələbinə görə iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin hüdudları daxilində olan tikililərin döngə nöqtələrinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Cəlilabad rayon Göytəpə kəndi A.Mustafayev təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi,Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı və ortofoto materialları üzərində dəqiqləşdirildi. Cəlilabad rayonu Göytəpə şəhəri A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə görə Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi ilə **********22 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətə verilmiş 0,022 ha həyətyanı torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi, həm də **********22 reyestr nömrəli Çıxarışın AN° 696030 seriyalı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyətə verilmiş 0,022 ha həyətyanı torpaq sahəsinin iddiaçı Cavabdeh faktiki istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Cəlilabad rayonu Göytəpə şəhəri A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə görə Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi ilə onun faktiki istifadə kimi plana alınmış 0,15 ha həyətyanı torpaq sahəsi arasında uyğunsuzluğun olduğu müəyyənləşdirildi. İddiaçının faktiki istifadəsi kimi plana alınmış 0,15 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan fərdi yaşayış evi Cəlilabad rayonu Göytəpə şəhəri A.Mustafayev təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə görə Torpağın mülkiyyətə verilməsinə dair JN- 100A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Bunları nəzərə alaraq Torpağın mülkiyyətə verilməsinə dair JN- 100A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə birlikdə Dövlər reyestrində qeydiyyata alındıqdan sonra bu sualın cavablandırılması mümkün olacaqdır. İddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti və əkin işlərinin aparılmadığı müəyyən edildi. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(073)- 56/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X7 qarşı cavabdeh X6 JN100A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı oğunun xüsusi mülkiyyətində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********22 reyestr nömrəli çıxarışla ünvan 1 ünvanında 0.022 hektar həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Cavabdeh tərəfindən maneələr yaradıldığından, iddiaçı torpaq sahəsində heç bir tikinti işləri apara bilmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 3-21-3-44/2-1602/2025 saylı mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-100A nömrəli şəhadətnamə ilə Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi ilə onun faktiki istifadə kimi plana alınmış 0,15 ha həyətyanı torpaq sahəsi arasında uyğunsuzluğun olduğu müəyyənləşdirildi. Cavabdeh fərdi yaşayış evi Torpağın mülkiyyətə verilməsinə dair JN- 100A nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Cavabdeh faktiki istifadəsində olan həyətyanı torpaq sahəsində İddiaçı tərəfindən hər hansı tikinti və əkin işlərinin aparılmadığı müəyyən edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(073)-56/2025 saylı qətnaməsi ilə Cavabdeh X1 qarşı X6 JN100A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən verilmiş **********22 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.022 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və həmin torpaqdan onun maneəsiz istifadə etməsinə şəraitin yaradılması tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X3 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən verilmiş **********22 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.022 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və həmin torpaqdan iddiaçının maneəsiz istifadə etməsinə şərait yaradılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh oğlundan alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən verilmiş **********22 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.022 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və həmin torpaqdan iddiaçının maneəsiz istifadə etməsinə şərait yaradılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh oğlundan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-293/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-293/2025
17.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver