Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2966/2025 24.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı X9 iştirakı ilə, İddiaçı X9 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X19 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad şəhəri, Əhməd Cavad küçəsi, ev 3-də yaşayan Cavabdeh satdığı 10000 (on min) manat dəyərində mal-qaranın pulunun və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, uzun illərdir Cəlilabad şəhər sakini Cavabdeh mərhum dayısı (iddiaçının) X3 ilə həm dostluq, həm də mal-qara alveri etmişlər. Dayısı rəhmətə getdikdən sonra da Rəhimin dayısı oğlu Zeynalov Xudaşükür ilə mal-qara alverini davam etdirdikləri barədə məlumatlı idi. O, İİ Qarabağ Müharibəsi qazisi olduğundan həm müalicə almaq, həm də ailəsinin bəzi problemlərini həll etmək üçün həyətində saxladığı mal-qaranı satmaq barədə dayısı oğlu Xudaşükürə məlumat vermişdir. Bu ilin fevral ayının 16-da Xudaşükür ona zəng edərək bildirmişdir ki, satmaq istədiyi mal-qaranı uzun illər tanıdığı və dostluq etdiyi Cəlilabad şəhər sakini Cavabdeh almaq istəyir. O da Rəhimin dayısı Xudaşükür ilə yaxın münasibətdə olduqlarını bildiyindən razılıq vermişdir. Rəhim və Xudaşükür onlara gələrək satacağı malqaranın ümumi dəyəri 10000 (on min) manat olmaqla 10 (on) gün müddətində ödəyəcəyini söz vermiş, mal-qaranı özünün «Qazel» markalı avtomobilinə yükləyib aparmışdır. Malqaranı apardıqdan sonra söz verdiyi müddət keçdiyindən Xudaşükürlə birlikdə Rəhim ilə dəfələrlə əlaqə saxlasa da hər dəfə bir bəhanə gətirərək pulu ödəmir, əlavə 10 gün, 3-4 gün, daha neçə günlərlə vaxt istəyir, onlar da məcburiyyətdən razılaşmışlar. Nəhayət Rəhim sonda daha bir başqa bəhanə gətirərək guya o da mal-qaranı başqa adama satıb pulunu ala bilimir deyə onları bezdirmişdir. Eyni zamanda, onun (iddiaçının) da müalicəsi gecikdiyindən, dözülməz vəziyyət yarandığından Cavabdeh dələduzluq əməlləri barədə Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılaraq sübut olunmuşdur ki, Cavabdeh ondan (iddiaçıdan) 10000 (on min) manatlıq mal-qara alıb pulunu ödəməyib. Bu faktı Cavabdeh də etiraf etmişdir. Sonda Təhqiqat bölməsi bu barədə qərar çıxararaq pullarını məhkəmə qaydasında tələb edə biləcəklərini tövsiyyə etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirmişdir ki, həqiqətən də göstərilən məbləğdə borcu var, lakin borc iddiaçıya deyil, onun dayısı oğlunadır. Yəni, aldığı və pulunu vermədiyi mal-qara iddiaçıya deyil, onun dayısı oğluna məxsus olmuşdur. Buna görə də iddiaçıya hər hansı borcu yoxdur. Həmin 10 min manat pul ilə bağlı isə özü də məhkəmədə iddia qaldırıb. Məhkəmə tərəfin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun (şahidin) oğludur. Cavabdeh onlardan 5 baş iri buynuzlu heyvan (4 baş inək və 1 baş 120 kq.lıq cöngə) istəmiş, oğlunun müalicəsi üçün pul lazım olduğundan heyvanları 11000 manata cavabdehə təklif etmişlər, lakin 10000 manata razılaşmışlar. Razılaşdıqdan sonra cavabdeh onların evinə gəlmiş və heyvanları yük maşınına yükləyərək aparmışdır. Dəfələrlə pulu tələb etsələr də heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun (şahidin) qonşusudur. Cavabdehi Rəvanın dayısının yas mərasimində və Rəvangildə görmüşdür. Xeyli vaxtdan keçəndən sonra cavabdeh Rəvangildən mal almağa gəlmişdir. Malların alğı-satqısı baş tutan zaman o (şahid) da iddiaçıya kömək etmiş, 4 baş inək və 1 baş camışı cavabdeh maşına yükləyərək aparmışdır. Malların ümumi qiyməti 10 min manat razılaşdırılmışdır. Bildiyinə görə cavabdeh həmin pulu ödəməyib. İşdə olan Cəlilabad Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X21 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, X6, X2 və X9 müraciəti əsasında araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, Cəlilabad şəhər sakini X6 Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə verdiyi məlumatla tanış olmuşdur. Belə ki, o, heyvan alveri etdiyi üçün Cəlilabad rayonu, Xəlilli kənd sakini X10 təxminən 5 il müddətdir ki, tanımış, onunla və oğlu X16 ilə həmin tarixdən aralarında kiçik həcmli nisyə heyvan alveri olmuşdur. Ötən ilin noyabr ayında ilk dəfə olaraq İnqilab adlı şəxsə Masallı rayon Öncəqala kənd sakini X1 mütamadi olaraq nisyə götürdüyü heyvana görə aralarında yaranmış etibardan istifadə etmiş, sonuncudan 4800 manat dəyərində nisyə götürdüyü iribuynuzlu 3 baş heyvanı İnqilab adlı şəxsə Cəlilabad rayon ərazisində, mal-qara bazarında satması üçün nisyə olaraq vermişdir. Həmin tarixdə sonuncu heyvanın pulunu, yəni 4800 manat məbləği dediyi müdətdə ona ödəmiş, daha sonra isə X11 Sadıqovun iştirakı ilə həmin ilin dekabr ayının ortalarında yaşadığı evə gələrək, nisyə götürüb satmaq niyyəti ilə saxladığı iki baş iribuynuzlu, dəyəri 2500 manat olan heyvanları nisyə alaraq öz razılığı əsasında satmaq niyyəti ilə özləri ilə gəldikləri "Qazel" markalı yük maşınına yükləyib aparmışlar. Daha sonra isə həmin məbləği 2025-ci ilin fevral ayında ödəyərək, növbəti dəfə cari ilin fevral ayının 4-də nisyə olaraq satmaq niyyəti ilə Masallı rayonu, Öncəqala kənd sakini Xudaşkür adlı şəxsdən əvvəlcədən götürdüyü 7000 min manat dəyərində 5 baş iribuynuzlu və bir baş buzov verərək, pulunun aralarında razılaşma yolu ilə sonradan 10 gün müddətində ödəyəcəkləri üzrə öz üzərlərinə öhdəçilik götürmüşlər, sonra isə həmin müddət bitməsinə baxmayaraq, İnqilab və oğlu Vüqar növbəti dəfə ondan nisyə heyvan verməyini xahiş edib həmin heyvanların ümümi dəyərini İmişli rayon ərazisində yerləşən mal-qara bazarına aparıb orada satacaqlarını və pulu həmin satışdan sonra ödəyəcəklərini deyərək onu inandırmışlar. Onun həmin şəxslərlə aralarında etibar yarandığı üçün o, İnqilab və oğlu Vüqara inanıb həmin tarixdə onların satması üçün 12000 (on iki min) manat dəyərində yuxarıda göstərdiyi Masallı rayon sakinindən nisyə götürdüyü heyvanlardan 5 baş iribuynuzlu, yanı balalı heyvanları onların istifadəsində olan yük avtomaşınına yaşadığı ünvandan yüklənməsinə bütün ailə üzvləri şahid olaraq öz razılığı ilə etmişdir. Daha sonra isə İnqilab və oğlu Vüqarın ona nisyə götürdükləri heyvanlara görə 19000 min manat pul borcları yaranmışdır. Həmin tarixdən təxminən 4 gün sonra ona məlum olmuşdur ki, İnqilab və oğlu Vüqarın barəsində Cəlilabad rayon polis şöbəsinə müraciət daxil olmuş və sonuncuların dələduzluq əməli ilə bağlı piolis şöbəsinə çağrılıblar. Həmin tarixdə o bu barədə ətraflı öyrənmək niyyəti ilə polis şöbəsinə gəlmiş və həmin tarixdə İnqilab adlı şəxslə oğlu Vüqarı polis orqanının qarşısında görüb ona olan 19000 manat pul borclarını ödəmələrini xahiş etmişdir ki, həmin pulun onun yox, Masallı rayon Öncəqala kənd sakini X5 aiddir. Daha sonra isə İnqilab onu aldadaraq barəsində polisə məlumat verməməyi, yaxın müdət ərzində ona olan 19000 manat oulu ödəyəcəyini və hal hazırda yaşadığı evi satacağını və pulu ona verəcəyini demiş, o da bu sözə inanıb onun barəsində heç bir orqana məlumat verməmiş, daha sonra isə həmin danışıqdan təxminən 20 gün sonra o, İnqilab adlı şəxsə və oğlu Vüqara dəfələrlə zəng etməyinə, onlarla telefonda danışmağına baxmayaraq sonuncular ona heç bir şəkildə borclarının olmadığını və əvəzində isə Vüqar Sadıqov ona telefonda ailəsinin üzərinə hədə-qorxu gələrək onu hədələmişdir. Sonuncu dəfə isə Vüqar adlı şəxslə cari ilin mart ayında telefon danışığı olmuş, sonuncuya izah etməyə çalışmışdır ki, həmin 19000 manat dəyərində nisyə götürdükləri heyvanlar onun yox, Masallı rayonu, Öncəqala kənd sakini Xudaşükür Zeynalova məxsusdur və sonuncu haqlı olaraq pulunu ondan tələb edir. Belə ki, həmin ərəfədə o, İnqilab adlı şəxsi, öz avtomaşını ilə ünvan 1 ünvana aparmışdır ki, ona sübut edə bilsin ki, heyvanların sahibi həmin şəxsdir. Həmin vaxt İnqilab heyvan sahibinə söz verərək 13000 manat dəyərində onun vasitəsi ilə əldə etiyi heyvanlara görə pulu ödəyəcəyini bildirmiş, lakin İnqilab və oğlu Vüqar onu və həmin heyvan sahiblərini aldadaraq onlara qarşı dələduzluq etmişdir. Odur ki, həmin şəxslərin barəsində qanuni tədbir görülməklə onlara dəymiş maddi ziyanın ödənilməsini xahiş edir. Əlavə suala cavab olaraq bildirmişdir ki, cari ilin fevral ayında aralarında heyvan alveri olan Cəlilabad şəhər sakini Sadıqov İnqilab və oğlu Vüqar Sadıqovla iribuynuzlu heyvan alqı satqısı ilə məşğul olduqları üçün, onlara etibar edib nisyə olaraq 19000 manat dəyərində iribuynuzlu heyvanları nisyə vermişdir ki, sonuncular həmin heyvanları İmişli rayonunda yerləşən malqara bazarında satıb pulu ödəsinlər. Lakin İnqilab və oğlu Vüqar həmin məbləği ödəməyərək onu aldatmışlar. Cari ilin fevral ayında yaşadığı evdə olmadığı vaxtda Vüqar Sadıqovla aralarında olan heyvan ticarəti ilə bağlı sonuncu onun yaşadığı evə gələrək az yaşlı oğlu İsmayıl Sarıyevi ondan pulu tələb edəcəkləri təqdirdə ölümlə hədələmişdir. Həmin qərardan görünür ki, X8 verdiyi izahatında göstərmişdir ki, Cavabdeh təxminən 8 ildir ki, onun mərhum atası X7 ilə heyvan ticarəti etdiyi üçün tanımış, onunla hər hansı ədavəti yoxdur. Rəhim Abbasov ilə bir neçə dəfə heyvan al-veri etmişdir və Rəhim onun etibarını qazanmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh ona zəng edərək aralarında 3-4 gün əvvəl telefon danışığı ilə bağlı əlində satmaq niyyəti ilə heyvan olubolmadığını soruşanda o, Rəhimə hal-hazırda yaşadığı ünvanda satmaq niyyəti ilə tanıdığı şəxsdən nisyə olaraq götürdüyü ümumi dəyəri 2000 manat olan iribuynuzlu heyvanların olduğunu demiş, həmin tarixdə Cavabdeh özünə məxsus “Qazel” markalı yük maşını ilə onun yaşadığı evə gəlmiş və həmin vaxt sonuncu ona heyvanın sayının və məbləğinin onu qane etmədiyini, daha çox heyvan ala biləcəyini bildirmiş, o da həmin vaxt Cavabdeh bacısı oğlu X9 şəxsi təsərrüfatında olan 4 baş yanı balalı iri buynuzlu heyvanların, 1 baş 120 kq erkək heyvanın olduğunu və sonuncunun onları satmaq niyyətində olduğunu demiş, o, Cavabdehlə birlikdə bacısı oğlu Rəvanın yaşadığı evə getmişlər, həmin tarixdə Rəvan heyvanları ümumi olaraq 10 min manat dəyərində nisyə olaraq Cavabdeh verə biləcəyini demiş, sonra isə onun vasitəsilə bacısı oğlu Rəvan Abbasov onu tanıdığını və heyvanları nisyə olaraq Cəlilabad şəhər sakini Cavabdeh onun razılığını alaraq verə biləcəyini demiş, o da sonuncuya heç bir problemin olmadığını və Cavabdeh uzun illərdir ki tanıdığını və aralarında dostluq münasibətləri olduğunu demiş, daha sonra isə həmin tarixdən 10 gün ötməsinə baxmayaraq Cavabdeh ondan və bacısı oğlu Rəvandan ümumi dəyəri 19000 manat təşkil edən nisyə götürdüyü heyvanların pulundan xəbər almayanda telefonla sonuncuya zəng edərək yaşadığı evinə getmiş, həmin tarixdə Cavabdeh onları yaşadığı evdə qarşılayıb sözügedən heyvanları Cəlilabad rayon sakinləri İnqilab və Vüqar adlı şəxslərə nisyə olaraq verdiyini və onlardan pulunu ala bilmədiyini demişdir. Həmin tarixdə bir neçə gün sonra Cavabdeh ona zəng edərək tanıdığı, onun isə tanımadığı İnqilab Sadıqovla birgə onun yaşadığı evə gəldiklərini demiş, həmin tarixdə həmin şəxslər onunla Masallı şəhər ərazisində görüşəndə öz yanında bacısı oğlu Rəvan Abbasov da iştirak etmiş, həmin tarixdə tanıdığı Cavabdeh ondan və bacısı oğlu Rəvandan ümumi dəyəri 19000 manat olan iribuynuzlu heyvanları nisyə olaraq onun tanıdığı İnqilab və sonuncunun oğlu Vüqar adlı şəxslərə nisyə olaraq satdığını demiş, həmin vaxt tanımadığı İnqilab adlı şəxs ona sözügedən heyvanları onun və oğlu Vüqarın Cəlilabad şəhər sakini Cavabdeh nisyə olaraq götürdüyünü və ondan həmin məbləği bir həftə ərzində ödəmək üçün vaxt istədiyini bildirmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçıya məxsus heyvanların (mal-qaranın) nisyə alğı-satqısı ilə bağlı şifahi formada müqavilə bağlanılmış, cavabdeh iddiaçıdan 10000 (on min) manat dəyərində mal-qaranı nisyə olaraq almış, lakin malın dəyərini ödəməmişdir. Buna səbəb isə cavabdehin həmin malları digər şəxslərə - İnqilab və Vüqar adlı şəxslərə satması və cavabdehin malın pulunu həmin şəxslərdən ala bilməməsi olmuşdur. Cavabdehin həqiqətən də 10 min manat borcunun olması haqda etirafı, lakin həmin məbləğin iddiaçıya deyil, onun dayısına ödənilməli olmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, həmin heyvanların məhz iddiaçıya məxsus olması, müqavilə tərəfi kimi məhz iddiaçının çıxış etməsi tərəflərin, habelə cavabdehin borclu olduğunu bildirdiyi Zeynalov Xudaşükür adlı şəxsin polis şöbəsində verdikləri izahatlar, habelə məhkəmə iclasında şahidlərin ifadələri ilə təsdiqini tapmışdır. Məhkəmə habelə onu da nəzərə alır ki, cavabdehin İnqilab və Vüqar adlı şəxslərə qarşı pul tələbinə dair iddia ərizəsi məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 427.2-cü maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2966/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2966/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver