Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2973/2023 27.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Əlizadə oğlunun Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əlizadə oğlu Cavabdeh qarşı pul tələbi barədə iddia verərək, Cavabdeh 620 (altı yüz iyirmi) manat əsas borc və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Əlizadə oğlunun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ondan 1140 (bir min yüz qırx) manat dəyərində 1 ədəd LG markalı 4RK 5500 LED televizor almışdır. Cavabdeh 1 ədəd LG markalı 4RK 5500 LED televizorunu 200 manat ilkin ödəniş etməklə 10 ay müddətinə hər ay 94 manat ödəmək şərtilə kredit müqaviləsi bağlayaraq almışdır. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməyərək aldığı məhsulun pulundan cəmi 320 manat ödəniş etmiş və 620 manat borcu qalmışdır. Həmin müddətdən cavabdeh heç bir ödəniş etməmişdir. O, dəfələrlə cavabdehlə telefonla əlaqə saxlayaraq pulunu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli nisyə alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı Əlizadə oğlu Cavabdeh 1140 (bir min yüz qırx) manat dəyərində bir ədəd LG markalı 4RK 5500 LED televizor satmışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 1140 (bir min bir yüz qırx ) manat dəyərində bir ədəd LG markalı 4EK 5500 LED televizor almışdır. İlkin ödəniş olaraq 200 manat, ümumilikdə isə aldığı məhsulun pulundan cəmi 320 manat ödəniş edərək, 620 manat borcu qalmışdır. Borcunu 10 ay müddətində hər ay 94 (doxsan dörd) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, əşyalarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 620 (altı yüz iyirmi) manat əsas borc və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Əlizadə oğlunun hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2973/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2973/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver