Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3031/2024 26.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, 26 dekabr 2024-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad rayon məhkəməsinə Dalğa-94” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsində 00126313 saylı, xx.xx.2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən 818 manat qalıq borc, geçikdirilmiş hər günə görə hesablanmış 12 manat faiz olmaqla, cəmi 830 manat pulun və ödənilmiş 30.4 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq “Dalğa-94 MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh1 30 oktyabr 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək iddia tələbini qəbul etmədiyini və işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3031/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə iddia icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, məhkəmədə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia qaldırdığını, hazırda cavabdehlərdən 830 manat deyil, 710 manat məbləğində borcun və ödənilmiş 30.4 manat dövlət rüsumunun tutularaq “Dalğa-94 MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Dalğa-94"MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 00071233 saylı, xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı Müqavilələri bağlanmışdır. Bu müqavilə əsasında Cavabdeh1 "xxxx" MMC tərəfindən 348 manat dəyərində olan telefon (Samsung Galaxy J2(2018), (sm-j250f) black (**********13147)) satılmışdır. X1 6.2-ci bəndinə əsasən alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə, 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1%-i məbləğində məhsula əlavə qiymət hesablanacağı nəzərdə tutulmuşdur. Həmçinin ona müxtəlif vaxtlarda əl borcu olaraq 693 (altı yüz doxsan üç) manat pul verilmişdir. Alıcı Cavabdeh1 isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyuğun ödəniş etməkdən yayınmışdır. Cavabdeh1 və Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışlar. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddianı etiraf edir. O, "xxxx" MMC-yə olan borcundan müəyyən qədər ödəniş etsə də, lakin maddi imkanı olmadığı üçün qalan borcunu ödəyə bilməmişdir. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə tərəfləri dinləyərək, işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 dəyəri 348 manat məbləğində olan telefon (Samsung Galaxy J2(2018), (smj250f) black (**********13147)) 10 ay müddətinə (9 ay 35 manat, 10-cu ay isə 33 manat olmaqla) ödəmək şərti ilə satılmışdır. X1 6.2-ci bəndinə əsasən alıcı ödəmələrin həyata keçirməsini gecikdirdikdə, gecikmədən 10 gün sonra hər gecikdirilən gün üçün məhsula gecikən ödənişin 1%-i məbləğində əlavə qiymət hesablanacağı nəzərdə tutulmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət edilərkən 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi əsasən cavabdeh 348 manat məbləğində olan telefonu (Samsung Galaxy J2(2018), (smj250f) black (**********13147)) 10 ay müddətinə (9 ay 35 manat, 10-cu ay isə 33 manat olmaqla) ödəmək şərti ilə almışdır. Cavabdeh1 borcundan müəyyən məbləğdə ödəniş etsə də, qalan borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, hazırda cavabdehlərdən 830 manat deyil, 710 manat məbləğində pulun və ödənilmiş 30.4 manat dövlət rüsumunun tutularaq “Dalğa-94MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslıdır. Bu fakt tərəflərin izahatları, Cavabdeh1 iddianı etiraf etməsi və digər iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının Cavabdeh2 münasibətdə isə tələbi əsassızdır və iddia ona (Cavabdeh2) münasibətdə təmin edilə bilməz. Belə ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 30 mart 2019-cu il tarixdə Nisyə alqısatqı müqaviləsi bağlanarkən öhdəliyin təminatı olaraq "xxxx" MMC ilə Cavabdeh2 arasında heç bir zaminlik müqaviləsi bağlanmamışdır. Zaminlik müqaviləsinin olmaması isə Cavabdeh2 "xxxx" MMC qarşısında 30 mart 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə heç bir öhdəliyini yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 710 (yeddi yüz on) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia Cavabdeh2 münasibətdə isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu da Cavabdeh1 alınıb iddiaçı "xxxx" MMC-yə verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 710 (yeddi yüz on) manat borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-3031/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3031/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver