Məhkəmə qərarları › İş №2(073)-308/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-308/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-308/2023 15.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10200 (on min iki yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Günəşli kəndində yaşayır və özünə məxsus üzümçülük təsərrüfatı vardır. Həmin təsərrüfatda müxtəlif növ üzüm yetişdirir və nisyə və nəğd satışı ilə məşğul olur. Təsərrüfatı böyük olduğundan həmin təsərrüfatda işçilər çalışdırır. X6 tanıdıqları Cəlilabad rayonunun Ocağlı kəndi sakini Cavabdeh təsərrüfatında əkib-becərdiyi üzüm məhsulunun satışı ilə əlaqədar tanımışdır. Cavabdeh bir neçə dəfə ondan nisyə üzüm almış və sonra pulunu ödəmişdir. 2019-cu ilin üzüm mövsümündə cavabdeh ondan 14000 (on dörd min) manat dəyərində üzümü nisyə almış və aldığı məhsulun dəyərindən 3 800 (üç min səkkiz yüz) manatını ödəmişdir. Cavabdeh qalan borcunu isə qısa müddətdə ödəyəcəyinə dair söz vermişdir. Cavabdehə əvvəllər də, nisyə üzüm satdığından ona inanmış və söz verdiyi vaxtadək cavabdehi gözləmişdir. Lakin, cavabdeh söz verdiyi vaxtda qalan borcunu ödəməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Günəşli kəndində yaşayır və iddiaçı ilə həmkəndlidirlər. İddiaçının özünə məxsus üzüm təsərrüfatı vardır və o (şahid) 2019-cu ilin əvvələrindən həmin təsərrüfatda nəzarətçi işləyir. Belə ki, o həmin təsərrüfatda çalışan işçilərə və təsərrüfatda yetişdirilən üzümün satışına nəzarət edir. X6 tanıdıqları Cəlilabad rayonunun Ocağlı kənd sakini Cavabdeh həmin təsərrüfata nəzarətçi kimi işə qəbul olunduğu vaxtdan tanıyır. 2019-cu ilin üzüm mövsümündə cavabdeh iddiaçıdan 14 000 (on dörd min) manat dəyərində üzümü nisyə almış və aldığı məhsulun dəyərindən 3 800 (üç min səkkiz yüz) manatını ödəmişdir. Həmin məhsulun satışına və dəyərinin ödənilməsinə o (şahid) nəzarət etmişdir. Cavabdeh qalan borcunu isə qısa müddətdə ödəyəcəyinə dair söz vermişdir. Cavabdehə əvvəllər də, nisyə üzüm satıldığından ona inanmışlar və söz verdiyi vaxtadək cavabdehi gözləmişlər. Lakin, cavabdeh söz verdiyi vaxtda qalan borcunu ödəməmişdir. İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Ocağlı kəndində yaşayır və cavabdeh ilə həmkəndlidirlər. İddiaçının özünə məxsus üzüm təsərrüfatı vardır və o (şahid) 2017-ci ildən həmin təsərrüfatda briqadir işləyir. Belə ki, o həmin təsərrüfatda üzümün qulluğuna və yetişdirilməsinə nəzarət edir. Cavabdeh bir neçə dəfə iddiaçıdan nisyə üzüm alış və sonra dəyərini hissə-hissə ödəmişdir. 2019-cu ilin üzüm mövsümündə cavabdeh iddiaçıdan 14 000 (on dörd min) manat dəyərində üzümü nisyə almış və aldığı məhsulun dəyərindən 3 800 (üç min səkkiz yüz) manatını ödəmişdir. Həmin məhsulun yığılmasına və qablaşdırılmasına o (şahid) nəzarət etmiş və üzüm onun (şahidin) yanında cavabdehə satılmışdır. Cavabdeh qalan borcunu qısa müddətdə ödəyəcəyinə dair söz vermişdir. Cavabdehə əvvəllər də, nisyə üzüm satıldığından ona inanmışlar və söz verdiyi vaxtadək cavabdehi gözləmişlər. Lakin, cavabdeh söz verdiyi vaxtda qalan borcunu ödəməmişdir. İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Günəşli kəndində yaşayır və iddiaçı ilə həmkəndlidirlər. İddiaçının özünə məxsus üzüm təsərrüfatı vardır və o (şahid) həmin təsərrüfatda briqadir işləyir. Belə ki, o da həmin təsərrüfatda üzümün qulluğuna və yetişdirilməsinə nəzarət edir. Cavabdeh bir neçə dəfə iddiaçıdan nisyə üzüm alış və sonra dəyərini hissə-hissə ödəmişdir. 2019-cu ilin üzüm mövsümündə cavabdeh iddiaçıdan nisyə üzüm almış və aldığı məhsulun dəyərinin bir hissəsini ödəmişdir. Həmin məhsulun yığılmasına və qablaşdırılmasına o (şahid) da nəzarət etmiş və üzüm onun (şahidin) yanında cavabdehə satılmışdır. Cavabdeh qalan borcunu qısa müddətdə ödəyəcəyinə dair söz vermişdir. Cavabdehə əvvəllər də, nisyə üzüm satıldığından ona inanmışlar və söz verdiyi vaxtadək cavabdehi gözləmişlər. Lakin, cavabdeh söz verdiyi vaxtda qalan borcunu ödəməmişdir. Cavabdehə nə qədər üzüm satılmasından məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh iddiaçıdan 14 000 (on dörd min) manat dəyərində üzüm almış, dəyərindən 3 800 (üç min səkkiz yüz) manat ödəmiş və 10200 (on min iki yüz) manat borclu qalmışdır. İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Cəfərxanlı kəndində yaşayır. İddiaçının özünə məxsus üzüm təsərrüfatı vardır və o (şahid) 2018-ci ildən həmin təsərrüfatda briqadir işləyir. Belə ki, o da digər briqadirlər kimi həmin təsərrüfatda üzümün qulluğuna və yetişdirilməsinə nəzarət edir. Cavabdeh bir neçə dəfə iddiaçıdan nisyə üzüm alış və sonra dəyərini hissə-hissə ödəmişdir. 2019-cu ilin üzüm mövsümündə cavabdeh iddiaçıdan 14 000 (on dörd min) manat dəyərində üzümü nisyə almış və aldığı məhsulun dəyərindən 3 800 (üç min səkkiz yüz) manatını ödəmişdir. Həmin məhsulun yığılmasına və qablaşdırılmasına o (şahid) nəzarət etmiş və üzüm onun (şahidin) yanında cavabdehə satılmışdır. Cavabdeh qalan borcunu qısa müddətdə ödəyəcəyinə dair söz vermişdir. Cavabdehə əvvəllər də, nisyə üzüm satıldığından ona inanmışlar və söz verdiyi vaxtadək cavabdehi gözləmişlər. Lakin, cavabdeh söz verdiyi vaxtda qalan borcunu ödəməmişdir. İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin TB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Cəlilabad rayonunun Qarazəncir kənd sakini X10 barəsində şikayəti araşdırılmış, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və İddiaçı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2019-cu ildə İddiaçı 14 000 (on dörd min) manat dəyərində üzümü nisyə almış, aldığı məhsulun dəyərindən 3 800 (üç min səkkiz yüz) manatını ödəmiş, qalan borcunu isə ödəməmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh qalan 10 200 (on min iki yüz) manat borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10 200 (on min iki yüz) manat pul və 101 (bir yüz bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar