Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3100/2024 28.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin həcminin artırılaraq hər ay bir uşağa görə 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat olmaqla sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı 2015-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Cavabdeh ilə faktiki olaraq evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə yaşadıqları müddətdə 14 may 2016-cı il təvəllüdlü Fatimə və 01 noyabr 2018-ci il tarixdə Zeynəb adlı iki uşaqları doğulmuşdur. Tərəflərin rəsmi nikahları olmasa da, uşaqların hər ikisinin atalıq faktı müəyyən olunmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar, uşaqları iddiaçının himayəsindədir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 170 manat, cəmi 340 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. İddiaçı heç bir yerdə işləmir və uşaqların tələbatını ödəməkdə çətinlik çəkir. Zeynəbdə qıcolma xəstəliyi var, mütəmadi olaraq xəstəliyinə görə iddiaçı əlavə xərclər çəkir. Cavabdehin aylıq qazancı dəyişən və qeyri-müntəzəmdir. O (cavabdeh), fərdi sahibkardır və Bakı şəhərində şəxsi sexi var, maşınları boyayır, aylıq qazancı isə 2000-3000 manat arasında dəyişir. Sexdə işlədiyi yerdə şəkillərini, həmçinin cavabdehin öz şəxsi maşını ilə olan şəkillərini də məhkəməyə təqdim edib. Cavabdehin tələb edilən alimenti ödəməyə maddi imkanı vardır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 may 2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 noyabr 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-350/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə 14 may 2016-cı il təvəllüdlü X4 və 01 noyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh vergi ödəyicisidir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur, fəaliyyət istiqaməti “dəmirçi”dir, həmçinin əlavə olaraq 220 manat məbləğində ümumi xəstəliyə görə pensiya alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 14 may 2016-cı il təvəllüdlü X4 və 01 noyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. İddiaçı hesab edir ki, cavabdehin aylıq gəlirləri yüksəkdir, buna görə də daha çox aliment ödəmək iqtidarındadır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Tərəfindən təqdim edilmiş foto şəkillərin həqiqətən cavabdehə aid olması və onun avtomobilləri boyamaqla həqiqətən də yükəsk gəlir əldə etməsi iş materialları ilə tam təsdiqini tapmamışdır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş foto şəkillər və cavabdehin fərdi sahibkar kimi dəmirçi kimi fəaliyyət göstərməsini nəzərə alaraq məhkəmə iddiaçının mülahizələrini qismən inandırıcı hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında tam təsdiqini tapmadığını, iddiaçının işləmədiyini nəzərə alır və hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-350/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat, iki uşağa görə 380 (üç yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 22(073)-350/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat, iki uşağa görə 380 (üç yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat, iki uşağa görə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 65.60 (altmış beş manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3100/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3100/2024
28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver