Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3101/2025 08.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 mart 2009-cu il tarixdə doğulmuş X3 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X1 üçün Cəlilabad Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(073)-1666/2019 nömrəli qətnaməsi ilə müəyyən edilərək tutulan sabit pul məbləğində 156 manat və hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin dəyişdirilərək Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı cavabdehlə faktiki olaraq evlənmişlər, nikahlarını isə 16 may 2011-ci iİ tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 17 mart 2009-cu il tarixdə Fatimə, 29 fevral 2012-ci il tarixdə isə Rüqəyya adlı iki uşaqları doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət normal yaşasaq da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında narazılıqlar baş verməyə başlamışdır. Buna görə də o 2019-cu ildə nikahın pozulması və sabit pul məbləğində aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Cəlilabad rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və 17 mart 2009-cu il tarixdə doğulmuş X3 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X2 onun yanında qalmaları, Cavabdeh 17 mart 2009-cu il tarixdə doğulmuş X3 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 78 manat olmaqla, cəmi 156 (bir yüz əlli altı) manat sabit pul məbləğində və hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Nikahları pozularkən Cavabdeh 2-ci dərəcəli əlilliyə görə sosial müavinət aldığı üçün məhkəmə tərəfindən həm qazancın bir hissəsi kimi, həm də sabit pul məbləğində aliment kəsilmişdi. Hal-hazırda isə cavabdehin sosial müavinəti dayandırılıb və heç bir rəsmi gəliri yoxdur. Buna görə də alimentin hissəvi tutulması qeyri mümkün olmuşdur, Hazırki dövrdə 78 manat pul bir uşağın normal yaşaması və qidalanması üçün çatmır. Uşaqlar böyüdükcə onların maddi təminatı da artır və mən təkbaşına bu təlabalı ödəməkdə çətinlik çəkir. Odur ki, uşağın qidalanması, sağlamlığı, geyimi, eləcə də təhsil alınası baxımından uşağın saxlanılması üçün maddi sıxıntılarım var. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olur, yaxşı gəlir əldə elməklə onun qazancı qeyri müntəzəm və dəyişəndir. Cavabdeh hal-hazırda uşaqlarına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hər uşağa görə cəmi 100 manat alırdı, hazırda isə cavabdehin müavinəti də dayandırılıb. Əlilliyə görə müavinət alırdı aliment tutulan vaxt, sonradan isə müavinəti kəsildi. Hazırki gündə 78 və ya 100 manat ilə uşağı saxlamaq qeyri-mümkündür. Uşaqları ilə birlikdə Bakı şəhərində kirayə yaşayır, 300 manat kirayə haqqı verir. Özü günəmuzd satıcı işləyir, 15-20 manat günlük qazancı olur. Uşaqlar da Bakıda təhsil alırlar. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh bildirmişdir ki, həqiqətən də ona verilən müavinət sonradan kəsilmişdir, hazırda müavinət almır. Habelə işsizdir, bu barədə məşğulluq orqanında işsiz kimi qeydiyyatdadır. Daha artıq məbləğdə aliment ödəməyə gücü çatmır. Adına da hər hansı əmlakı yoxdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1666/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında olan nikah pozulmuş və 17 mart 2009-cu il tarixdə doğulmuş X3 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X2 analarının yanında qalmaları, Cavabdeh 17 mart 2009-cu il tarixdə doğulmuş X3 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 78 manat olmaqla, cəmi 156 (bir yüz əlli altı) manat sabit pul məbləğində və hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. İşdə olan AR ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemindən sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, cavabdehə xx.xx.2007-ci il tarixdə ikinci qrup əlillik təyin edilmişdir, xx.xx.2021-ci il tarixdə təyinatın müddəti bitmişdir. İşdə olan AR ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemindən məşğulluq haqqında arayışdan görünür ki, cavabdeh işsiz statusu ilə məşğulluq orqanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1666/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 17 mart 2009-cu il tarixdə doğulmuş X3 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 78 manat olmaqla, cəmi 156 (bir yüz əlli altı) manat sabit pul məbləğində və hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materialları ilə müəyyən edilir ki, aliment cavabdehdən 2019-cu il tarixdən tutulmağa başlayıb və sabit pul məbləğində və qazancın 1/3 hissəsi miqdarında müəyyən edilib. Cavabdeh həmin vaxt əlilliyə görə müavinət alırdı və həmin müavinət 2021-ci ildə kəsilmişdir. Göstərilən halı məhkəmə cavabdehin maddi vəziyyətində, habelə iddiaçının maddi vəziyyətində dəyişiklik kimi qəbul edərək, habelə aylıq qazanc bəlli olmadığına görə alimentin hissəvi tutulmasının icrasız qalacağını nəzərə alaraq hesab edir ki, aliment məbləği dəyişdirilməli və sabit pul məbləğində tutulmalıdır. Belə ki, cavabdeh işləmir və işsiz kimi məşğulluq orqanında qeydiyyatdadır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd olunan normalardan göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, həmçinin uşaqların mənafeyini, aylıq 78 və ya 100 manat vəsaitin onların saxlanması üçün yetərli olmadığını, uşaqların Bakı şəhərində yaşamaları və təhsil almalarını, habelə cavabdehin maddi vəziyyətini, işsiz olduğunu, rəsmi qazancı və ya gəlirlərinin müəyyən edilmədiyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, 17 mart 2009-cu il tarixdə doğulmuş X3 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 119, 213, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1666/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilərək 17 mart 2009-cu il tarixdə doğulmuş X3 və 29 fevral 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3101/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3101/2025
08.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver