Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-315/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X3 Mərkəzinin Cavabdeh 362.59 (üç yüz altmış iki manat əlli doqquz qəpik) manat dəymiş ziyan tələbi barədə iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X3 Mərkəzi Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 362.59 (üç yüz altmış iki manat əlli doqquz qəpik) manat dəymiş ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Mərkəzin Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında araşdırma aparılan zaman Cəlilabad rayonu, Fətullaqışlaq kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X7 zərər vurması faktı müəyyən olunmuşdur. Cavabdehin barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda, Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 362.59 (üç yüz altmış iki manat əlli doqquz qəpik) manat məbləğində maddi zərərin vurulması müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsini tələb edilmiş, lakin cavabdeh bundan imtina etmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh 362.59 (üç yüz altmış iki manat əlli doqquz qəpik) manat məbləğində pulun alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Mərkəzin Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında araşdırma aparılan zaman Cəlilabad rayonu Fətullaqışlaq kənd sakini Cavabdeh tərəfindən balta vasitəsilə müxtəlif diametrlərdə yaş kök üstəağacların qanunsuz kəsilməsi halı müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Həcm-qiymət” cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdə Mərkəzin Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında ağac kəsilməsi nəticəsində cəmi 362.59 (üç yüz altmış iki manat əlli doqquz qəpik) manat zərər vurulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, MN N1763193 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Mərkəzin Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında 5 ədəd müxtəlif diametrdə kök üstə yaş ağacları kəsməklə Azərbaycan Respublikası İXM-nin 253-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan meşəbəyi X4 tərəfindən yazılmış izahatdan görünür ki, X4 xx.xx.2024-cü il tarixində Cavabdeh gözətçisi olduğu Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında 5 ədəd polad cinsindən olan müxtəlif diametrdə yaş ağacı kəsməsi barədə məlumat almışdır, ağaclar kəsildiyi əraziyə tərəfindən baxı keçirilmiş və həmin ağacların dib kötükləri müvafiq qaydada damğalanmışdır. İşdə olan meşə gözətçisi X2 tərəfindən yazılmış izahatdan görünür ki, X2 xx.xx.2024cü il tarixində gözətçisi olduğu Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında 5 ədəd polad cinsindən olan müxtəlif diametrdə yaş ağacı kəsməsini müəyyən etmiş və ağacların Cavabdeh həyətində olduğunu görmüş, Cavabdeh ağacları qanunsuz olaraq kəsməsini söyləmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı Cavabdeh vurduğu ziyanı könüllü olaraq ödəməsini tələb etmişdir. İşə kəsilmiş ağacların köklərinin fotoşəkilləri də əlavə edilmişdir. Məhkəmə qeyd olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh delikt törətmişdir və nəticədə digər şəxsin əmlakına ziyan vurulmuşdur, cavabdehin iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi öhdəliyi də deliktdən yaranan növ öhdəliklərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi və iddia tələbi təmin edildiyi üçün məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 362.59 (üç yüz altmış iki manat əlli doqquz qəpik) manat məbləğində pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 11 saylı X3 Mərkəzinə verilsin, həmçinin 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verilməsindən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Sirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-315/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-315/2025
31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver