Məhkəmə qərarları › İş №2(073)-3281/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3281/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3281/2024 26.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı cavabdehdən 24000 manat və dövlət rüsumu kimi ödədiyi 162 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24000 manat və dövlət rüsumu kimi ödədiyi 162 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək veridyi izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır, özünə məxsus torpaq sahəsi var və əkinçiliklə məşğul olmaqla ailəsini dolandırır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh 2024-cü ilin yanvar ayında ondan 24000 manat dəyərində 30 ton toxumluq kartof məhsulu alaraq, qazanc əldə edib satdıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. Cavabdeh 24000 manat dəyərində 30 ton toxumluq kartof məhsulunu satması barədə aralarında nisyə alqı-satqı barədə müqavilə bağlamışlar. Üstündən uzun müddət keçməsinə baxmayaraq Cavabdeh ondan aldığı məhsulun pulunu indiyə kimi ona qaytarmamışdır. O, cavabdehdən həmin pulu dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gəlirməklə həmin pulu verməkdən boyun qaçırmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fərdi sahibkarlar arasında yaranmış kommersiya mübahisəsidir və səlahiyyətli məhkəməyə aid olduğundan, hazırki mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. İşdə olan Vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2(073)-3281/2024 saylı mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İddiaçı cavabdeh X1 qarşı cavabdehdən 24000 manat və dövlət rüsumu kimi ödədiyi 162 manat pulun alınıb ona verilməsi tələbinə dair 2(073)-3281/2024 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar