Məhkəmə qərarları › İş №2(073)-3315/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3315/2025

03.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3315/2025 03.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi İddiaçı məişət zorakılığı törətmiş şəxs Cavabdeh qarşı uzunmüddətli mühafizə orderinin verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı məişət zorakılığı törətmiş şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, məişət zorakılığı törətmiş şəxs Cavabdeh onun yaşadığı mənzilə gedib axtarmaq, telefonuna zəng vurmaq, mesaj yazmaq, hədələmək, təhqir etmək qadağan edilməklə uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1991-ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. Cəlilabad rayon Göytəpə şəhər sakini Cavabdeh ilə 2008-ci il tarixdə qeyri-rəsmi nikahla ailə həyatı qurmuşdur. 08 fevral 2013-cü il tarixində nikahlarını rəsmiləşdirmişlər. Bu evlilikdən 11 yanvar 2010-cu ildə X7, 19 mart 2012-ci ildə X8 və 11 mart 2016-cı ildə X9 doğulmuşdur. Hal-hazırda övladları onunla yaşayır. Cavabdehla evliliyin ilk vaxtlarından ailə münaqişələri olmuşdur. Ailədə hər xırda məsələ Elməddin tərəfindən dəfələrlə böyüdülərək şiddətə, təhqirə və işgəncələrə məruz qalmışdır. Bütün bu olanlar övladlarının gözü qarşısında olmuşdur. O, döyülməyi ilə dəfələrlə hüquqmühafizə orqanlarına müraciət etmişdir. Lakin, Cavabdeh zorakı əməllərindən çəkinməmişdir.Ona qarşı edilən zorakılıqlara dözməyərək gəlin köçdüyü evdən 3 uşağınıda götürərək ata evinə geri qayıtmışdır. Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən “Oba Market”də satıcı işləməyə başlamışdır. Elməddin ona qarşı bu müddət ərzində onun işlədiyi yerə, yaşadığı evinə gələrək hədə qorxu və təhdidlər, hətta üstünə hücum çəkərək, üzərinə “kislota” ataraq, daş ilə hücum edərək fiziki zorakılıqlar etmişdir. Elməddinin istəyi ondan qisas qalmaq və ziyan vurmaq idi. O, məsələ ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətinə müraciət etmiş, 04 aprel 2025-ci il tarixdə ona qısa müddəti mühafizə orderi verilmiş, 03 iyul 2025-ci il tarixində vaxtı bitmişdir. Buna baxmayaraq, Cavabdeh dəfələrlə işlədiyi yerə, yaşadığı ünvana gələrək eyni əməllərinə davam etmişdir. O, icra hakimiyyəti orqanına təkrar müraciəti əsasında 05 sentyabr 2025-ci il tarixdə yenidən qısa müddətli mühafizə orderi verilmişdir. Təkrar mühafizə orderi veriməsinə baxmayaraq Elməddin ona mesajla təhqiredici sözlər yazaraq hədə qorxu gəlmişdir. 19 oktyabr 2025-ci il tarixdə əlində məftillə evə hücum çəkərək onu döymək istəmiş, o da 102 xidmətinə zəng edərək kömək istəmişdir. Cəlilabad rayon Göytəpə şəhər Polis Bölməsinin əməkdaşları onun köməyinə gəlmiş, Elməddini tutmuşdur. Budan sonra Elməddin Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 çıxış edərək zərərçəkmiş şəxs ərizəçi X11 uzunmüddətli mühafizə orderinin verilməsinə etiraz etmədiyini və bununla bağlı müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə keçirilmiş iclas barədə məişət zorakılığı törətmiş şəxsə məlumat verilmiş, lakin tərəf keçirilmiş iclasda iştirak etməmişdir. Məhkəmə işə məişət zorakılığı törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, icra hakimiyyətinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən 21 avqust 2025-ci il tarixli, 984/12 saylı arayışın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını 08 fevral 2013-cü il tarixdə Cəlilabad rayon Göytəpə şəhər nümayəndəliyində bağlamışlar, bu barədə 13 nömrəli nikah akt qeydi tərtib olunmuşdur, arvada Aslanova soyadı verilmişdir. İşdə olan AZ-İ 516668 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahı Cəlilabad Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 29 avqust 2025-ci il tarixində xitam verilmişdir. Nikah pozulduqdan sonra arvada Həsənova soyadı verilmişdir. İşdə olan 04 aprel 2025-ci il tarixli, 2 saylı X6nə əsasən Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh məişət zorakılğına məruz qalmış vətəndaş İddiaçı qarşı məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə qadağa qoyularaq X6 verilmişdir. Order 03 iyun 2025-ci il tarixinədək etibarlı olmuşdur. İşdə olan 05 sentyabr 2025-ci il tarixli, 5 saylı X6nə əsasən Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh məişət zorakılğına məruz qalmış vətəndaş İddiaçı qarşı məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə qadağa qoyularaq X6 verilmişdir. Order 03 noyabr 2025-ci il tarixinədək etibarlı olmuşdur. İşdə olan Cəlilabad RPŞ-nin 10 yanvar 2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardaddan görünür ki, 2012-ci il təvəllüdlü X2 xəsarət alması barədə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarın surəti müraciət edənə göndərilməklə həmin qərardad müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud, məhkəmə şikayət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Cəlilabad RPŞ-nin 27 yanvar 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardaddan görünür ki, Cavabdeh və X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti müraciət edənə göndərilməklə həmin qərardad müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud, məhkəmə şikayət etmək hüququnun olması izah edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göytəpə PB-nin ərazi üzrə polis sahə rəisinə göndərilmişdir. İşdə olan Cəlilabad RPŞ-nin 11 mart 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardaddan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan X1 Azərbaycan Respublikası DİN-in 102 XZM-nə və Cəlilabad rayon Göytəpə PB-nə müraciətlərinə əsasən toplanmış HK-1-141 nömrəli materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanılması rədd edilmiş, ünvan 2 ünvanda yaşayan Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğuna görə barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Cəlilabad RPŞ-nin Göytəpə PB-nin sahə rəisinə göndərilmiş, qərarın surəti şikayətçi X3 göndərilməklə həmin qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud, məhkəmə şikayət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Cəlilabad RPŞ-nin 30 mart 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardaddan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti müraciət edənə göndərilməklə həmin qərardad müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud, məhkəmə şikayət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Cəlilabad RPŞ-nin 08 aprel 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardaddan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti müraciət edənə göndərilməklə həmin qərardad müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud, məhkəmə şikayət etmək hüququnun olması izah edilmiş, X5 və Cavabdeh profilaktiki söhbətlər aparılması üçün qərarın surəti Göytəpə PBnin ərazi üzrə polis sahə rəisinə göndərilmişdir. İşdə olan Cəlilabad RPŞ-nin 18 iyun 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardaddan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti müraciət edənə göndərilməklə həmin qərardad müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud, məhkəmə şikayət etmək hüququnun olması izah edilmiş, Cavabdeh oğunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göytəpə PB-nin ərazi üzrə polis sahə rəisinə göndərilmişdir. İşdə olan fotoşəkildə İddiaçı üz nahiyəsində xəsarət alaraq yaranmış yara izi görünür. İşdə olan cd diskdə olan foto və video görüntülərdən görünür ki, Cavabdeh dəfələrlə İddiaçı ünvanına təhqiredici ifadələr ünvanlamış və dəfələrlə hədəqorxu gələrək fiziki zorakı əməllər etmişdir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, ərizəçi İddiaçı 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və X6nin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-4.4-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi ilə bağlı hərəkətlərdən biri və ya bir neçəsi qadağan edilir. Həmin Məcəllənin 355-4.5-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə bu Məcəllənin 355-4.4-cü maddəsində qeyd olunanlarla yanaşı məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi, zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri və uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumatdan ibarət hallardan biri və ya bir neçəsi göstərilir; Həmin Məcəllənin 355-4.6-cı maddəsinə əsasən uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununun 12.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Yerli qanunvericiliklə yanaşı beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. Məhkəmənin gəldiyi nəticəyə əsasən, ərizəçi İddiaçı ərizəsi təmin edilməli, məişət zorakılığının təkrar törədilməsi, ərizəçi İddiaçı olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri, Ə.Xanışov küçəsi ünvanında 20 metr məsafədə yaxınlaşmaq, ərizəçi ilə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Cavabdeh qadağan edilməlidir. Bundan başqa məişət zorakılığı törətmiş şəxs Cavabdeh uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməli və qətnamə dərhal icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-1-ci, 355-3-cü, 355-4-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ünvan 4 İddiaçı 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilsin. Məişət zorakılığının təkrar törədilməsi, ərizəçi İddiaçı olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri, Ə.Xanışov küçəsi ünvanına 20 metr məsafədə yaxınlaşmaq, ərizəçi ilə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Cavabdeh qadağan edilsin. Cavabdeh uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar