Məhkəmə qərarları › İş №2(073)-335/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-335/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-335/2023 13.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5231 (beş min iki yüz otuz bir) manat pulun və 73 (yetmiş üç) manat manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdeh keçmiş qaynanasıdır. O (iddiaçı) Rusiya Federasiyasında olan zaman cavabdeh telefonla zəng edərək ondan ərinin (cavabdehin) müalicəsi üçün borc pul istəmiş və müəyyən vaxt ərzində imkanı olduqca borcunu qaytaracağını bildirmişdir. Cavabdehin əri həqiqətən xəstə olduğuna və görə etiraz etməmiş və bank vasitəsi ilə müxtəlif vaxtlarda cavabdehə cəmi 5231 (beş min iki yüz otuz bir) manat borc göndərmişdir. Belə ki, o (iddiaçı) cavabdeh xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019cu il tarixdə 161 manat (7000 rus rublu), xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 345 manat (15000 rus rublu), xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 230 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 345 (15000 rus rublu), xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 100 manat borc pul göndərmişdir. Cavabdehlə qohumluq münasibətləri pozulduqdan sonra o cavdbehdən borc olaraq verdiyi cəmi 5231 (beş min iki yüz otuz bir) manat pulu tələb etmiş, lakin cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı onun qızı Nuranə Diniyevanın əri olmuşdur. İddiaçı Rusiya Federasiyasında olana zaman onun (cavabdehin) oğlu Taleh Düniyev də Rusiya Fedarasiyasında olmuşdur. İddiaçının adından həqiqətən də müxtəlif vaxtlarda Rusiya Federasiyasından onun (cavabdehin) adına cəmi 5231 (beş min iki yüz otuz bir) manat pul göndərilmiş, lakin həmin pullar iddiaçıya deyil oğlu Tahirə məxsus olmuşdur. Belə ki, Tahirin sənədləri qaydasında olmadığına görə həmin pulları oğlu Tahir öz adından deyil iddiaçının adından göndərmişdir. O heç vaxt iddiaçıdan borc pul istəməmiş və iddiaçıya borcu yoxdur. Buna görə də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən X3 200 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 7000 Rus rublu göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 200 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 15000 Rus rublu göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 100 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 500 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 400 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 350 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 400 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 15000 Rus rublu göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1000 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən X1 50 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 300 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 200 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 350 manat məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, ********* saylı köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 100 manat məbləğində pul göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən bank hesabı vasitəsilə müxtəlif vaxtlarada cəmi Cavabdeh borc olaraq cəmi 5231 (beş min iki yüz otuz bir) manat pul göndərilmişdir. Cavabdeh həmin borcu qaytarmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh iddiaçıya olan borcunu qaytarmalı olduğu halda, götürdüyü öhdəliyə əməl etməyərək borcu qaytarmamışdır. Buna görə də həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında cavabdeh həmin pulun iddiaçıya deyil, oğlu (cavabdehin) Tahirə məxsus olduğunu göstərsə də, həmin halı təəsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə iclasında tələb edilən borcun məbləği cavabdeh tərəfindən mübahisələndirilməmiş və cavabdeh həqiqətən də həmin məbləğdə pulu bank vasitəsi ilə aldığını təsdiq etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5231 (beş min iki yüz otuz bir) manat pul və 73 (yetmiş üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar