Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3363/2025 26.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlərdən 6000 (altı min) manat məbləğində pul və ödənilmiş 80 ( səksən) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, o, bir müddət əvvəl cavabdehlərə avtomobil satmış və onlar pulunu tam şəkildə ödəmişlər. 2024-cü ilin iyul ayında cavabdehlər, İddiaçı 6000 ( altı min) manat borc pul istəmiş və həmin pulu bir il ərzində hissə-hissə 8500 ( səkkiz min beş yüz) manat olaraq qaytaracaqlarını bildirmişlər. Cavabdehlər həmin puldan hissə-hissə 2441 ( iki min dörd yüz qırx bir) manatını ödəmişlər qalan 6059 ( altı min əlli doqquz) manat məbləğində pulu ödəməkdən əsassız olaraq yayınmışlar. İddiaçı qalan borc məbləğindən sadəcə 6000 ( altı min) manat borcunu tələb etsə də heç bir nəticəsi olmamışdır. Sonda məcbur qalıb Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti Cəlilabad Rayon Polis Şöbəsində araşdırılmışdır. Polis Bölməsində müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Odur ki, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçını dinləyərək, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı və cavabdeh fiziki şəxs kimi fərdi sahibkar statusuna malik olduqlarından və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan kommersiya mübahisəsi kimi iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən əldə edilən məlumatdan görünür ki, İddiaçı fiziki şəxs kimi sahibkarlıq statusuna malikdir, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-nü vardır. İddiaçının VÖEN-ini dayandırması ilə bağlı məhkəmə qeyd edir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir (Qərarın 23-cü bəndi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən əldə edilən məlumatdan görünür ki, Cavabdeh1 da fiziki şəxs kimi sahibkarlıq statusuna malikdir, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-nü vardır. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən əldə edilən məlumatdan görünür ki, Cavabdeh2 da fiziki şəxs kimi sahibkarlıq statusuna malikdir, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-ü vardır. Cavabdehin VÖEN-i dayandırması ilə bağlı məhkəmə qeyd edir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir (Qərarın 23-cü bəndi). Eyni zamanda məhkəmə mübahisənin predmetini və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verərək qeyd edir ki, tərəflər arasındakı mübahisə kommersiya mübahisəsidir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi (onlar tərəfindən alındığı) gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-3363/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3363/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver