Məhkəmə qərarları › İş №2(073)-3612/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3612/2025

06.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3612/2025 06.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5ş qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 977/2023 nömrəli qətnaməsi ilə müəyyən edilərək tutulan sabit pul məbləğində 60 manat və hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin dəyişdirilərək cavabdeh X2 onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 2016-ci ildə X9 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Nikahlarını isə həmin tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Vüsal və xx.xx.2019-cu il tarixdə isə Əli adlı uşaqları doğulmuşdur. Cavabdeh X9 ilə ailə qurduqdan sonra bir müddət normal yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında narazılıqlar baş verməyə başlamış, buna görə də iddiaçı 2023-cü ildə nikahlarının pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Cəlilabad rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və yetkinlik yaşına çatmayan uşaqların onun yanında qalmaları, cavabdehdən xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2019-cü il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində və hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona (iddiaçıya) verilməsi qət edilmişdir. Nikahları pozularkən cavabdeh X9 həm müəllim işlədiyi, həm də əlilliyə görə sosial müavinət aldığı üçün məhkəmə tərəfindən həm qazancın bir hissəsi kimi, həm də sabit pul məbləğində aliment kəsilmişdi. Hal-hazırda isə cavabdehin sosial müavinəti dayandırılıb və cavabdeh hər uşağa görə ona hər ay 60 manat aliment ödəyir. Hazırki dövrdə 60 manat pul bir uşağın normal yaşaması və qidalanması üçün çatmır. Uşaqlar böyüdükcə onların maddi təminatı da artır və o təkbaşına bu təlabatı ödəməkdə çətinlik çəkir. Odur ki, uşağın qidalanması, sağlamlığı, geyimi, eləcə də təhsil alması baxımından uşağın saxlanılması üçün maddi sıxıntıları var. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qanunvericilikdə nəzərdə tutulan miqdarda sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. X7 doğuşdan qüsurludur, sağlamlıq imkanları məhdud uşaqdır. Həmin uşağa görə 300 manat pensiya alır, lakin həmin pul uşağın saxlanılması üçün kifayət etmir. Cavabdeh isə uşaqlarının saxlanmasında ona köməklik etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, həqiqətən də aliment kəsilən vaxt sosial müainət də alırdı, sonradan həmin müavinət kəsildi. İddiaçının yüksək məbləğdə aliment tələb etməsi əsassızdır. Belə ki, o (cavabdeh), kənd orta ümumtəhsil məktəbində müəllim işləyir və vergi tutulmalarından sonra 692 manat alır, həmin pulun 231 manatı da aliment üçün tutulur. Yerdə qalan məbləğ onun özünü saxlaması üçün bəs etmir, çünki onun həm də kredit öhdəlikləri var. İddiaçı ilə birgə nikahda olduqları dövrdə ilkin ödəniş etməklə ipoteka yolu ilə yaşayış evi almışlar və həmin evə görə aylıq ödənişləri də cavabdeh edir. Ona görə də alimentin artırılmasına etiraz edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında olan nikah pozulmuş və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X8 anaları İddiaçı yanında qalmaları, cavabdeh X2 xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində və hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2016-cı ildə doğülmuşdur, atası X9, anası X4r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.2019-cu ildə doğülmuşdur, atası X9, anası İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, X5 yanvar ayına hesablanmış əmək haqqı aşağıdakı kimidir: Hesablanmış əmək haqqı - 856.08; vergi tutulmaları - 164.61 manat; aliment -231.01 manat; nağd aldığı - 460.46 manat. İşdə olan xx.xx.2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, ipotekaya qoyulmas yolu ilə yaşayış evinin alınması üçün cavabdehə "xxxx" ASC tərəfindən xx.xx.2031-ci ilədək 16200 manat kredit verilmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, ipoteka ilə yüklü edilmiş həmin evin alınması üçün cavabdeh tərəfindən 22000 manat ilkin ödəniş edilmişdir. İşdə olan AR ƏƏSMN TSEK sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron arayışdan görünür ki, tərəflərin birgə nikahından doğulmuş X6 “ikitərəfli İV dərəcəli neyrosensor ağır eşitmə. İkitərəfli koxlear nevrit. Anadangəlmə nitqin pozulması” diaqnozu qoyulmaqla sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Hər iki tərəfin izahatına əsasən müəyyən edilmişdir ki, xəstəliyə görə həmin uşaq aylıq 300 manat pensiya alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X2 xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində və hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin vaxt cavabdeh X9 həm müəllim işlədiyi, həm də əlilliyə görə sosial müavinət aldığı üçün məhkəmə tərəfindən həm qazancın bir hissəsi kimi, həm də sabit pul məbləğində aliment kəsilmişdi. Halhazırda isə cavabdehin sosial müavinəti dayandırılıb və cavabdeh hər uşağa görə iddiaçıya hər ay faktiki olaraq 100 manat aliment ödəyir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində və ya 250 manat məbləğində sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə sazişolmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Məhkəmə aliment tutularkən cavabdehin sosial müavinət də aldığını, lakin sonradan həmin müavinətin dayandırıldığını, onun aylıq gəlirinin azalmasına görə ondan tutulan alimentin məbləğinin də avtomatik olaraq azalmasını, habelə onun aylıq gəlirini və kredit öhdəliyini, eyni zamanda uşaqların mənafeyini, keçmiş dövr ərzində uşaqların artan tələbatlarının qaçılmazlığını, cavabdehin və iddiaçının hər ikisinin uşaqlarını saxlamaq vəzifəsini daşıdığını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədəuyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilsin və bu qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2016-cı il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X2 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar