Məhkəmə qərarları › İş №2(073)-362/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-362/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-362/2023 17.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində, 17 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomaşına vurulmuş maddi ziyanın əvəzi olaraq 6116 (altı min yüz on altı) manat, müstəqil ekspertə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 83,16 (səksən üç manat on altı qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6399,16 (altı min üç yüz doxsan doqquz manat on altı qəpik) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, buraxılış ili 2001-ci il olan “X13” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun mülkiyyətindədir. Həmin avtomaşını etibarnamə əsasında idarə etmək üçün X5 vermişdir. 15 avqust 2022-ci il tarixdə saat 06:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu Xıdırlı kənd ərazisindən keçən 21.5-ci kilometrində Cəlilabad rayonu Pərdi kəndində yaşayan Cavabdeh idarə ediyi “Kamaz 55111” yük markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50-60 km/saat sürətlə Astara istiqamətində hərəkətdə olarkən avtomobil yoldan çıxaraq yolun sağ kənarında dayanmış vəziyyətdə mülkiyyətində olan və X8 tərəfindən idarə olunan “X13” markalı , **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və maşını tamamilə yararsız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar Baş İstintaq və Təhqiqat idarəsinə bilavasitə tabe olan X6 dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılaraq Cavabdeh barəsində AR CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs Cavabdeh ilə xəsarət almış şəxslər X2 və X1 barışdıqlarına görə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində “Yol hərəkəti haqqında” AR qanunun 36-cı maddəsinin 1ci hissəsi və AR İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Baş Dövlət Yol Polis İdarəsinin YPXA-na göndərilmişdir. Yol Patrul Xidməti inspektoru polis kapitanı X9 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə nəticəsinə onun mülkiyyətində olan “X13” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Ziyanın məbləğini müəyyənləşdirmək üçün müstəqil ekspert Əhməd Talıblıya müraciət etmişdir. Müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, BA-1411/ME-3/2022 nömrəli ekspert rəyinə əsasən avtomaşınına dəymiş ziyanın məbləği 12000 manat müəyyən edilmişdir. Mülkiyyətində olan maşına vurulmuş ziyana görə sığorta şirkətindən 4384 manat pul almışdır. Avtomaşını tam yararsız olduğuna görə 1500 manata satmışdır. Hadisə baş verəndən sonra Cavabdeh mülkiyyətində olan avtomaşına vurulmuş ziyanı ödəyəcəyini bildirsə də, sonradan ziyanı ödəməkdən boyun qaçırmışdır. Cavabdeh təqsirli hesab edilməsinə baxmayaraq indiyə kimi ona vurduğu zərəri ödəməmişdir. Dəfələrlə cavabdehə ziyanın ödənilməsini bildirməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək, bildirdi ki, İddiaçı məhkəmədə ona qarşı 6399,16 (altı min üç yüz doxan doqquz manat on altı qəpik) manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsi barədə iddia qaldırmışdır. İddia ilə tanışdır və iddianı etiraf edir. Maddi imkanı zəifdir. Həmin borcu ayda 5(beş) ya da 10 (on) manat olmaqla ödəyə bilər. Məhkəmədən maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə tərəfləri dinləyərək, işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AR-İİ № 545491 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı özünə məxsus “X14” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomabil üzərində sərəncam vermək və buna müvafiq olaraq digər hərəkətləri etməyi X5 etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 15 avqust 2022-ci il tarixdə saat 06:30-da “Kamaz 55111” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı “İnzibati Tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh “Kamaz 55111” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli, İAS222856 nömrəli Sığorta ödənişi aktından görünür ki, hadisə nəticəsində dəymiş zərərin ümumi məbləği 12545,60 (on iki min beş yüz qırx beş manat altmış qəpik) manat hesablanmış, dəymiş ziyana görə 4384 (dörd min üç yüz səksən dörd) manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməklə sürücü Cavabdeh xəsarət almış X2 və X1 bir-biri ilə barışdığına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli ZA-1411/ME-2 nömrəli qiymətləndirməyə dair hesabatdan görünür ki, X13 minik markalı, ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zərər dəyəri 12075 (on iki min yetmiş beş) manat təşkil edir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli BA-1411/ME-1 nömrəli qiymətləndirməyə dair hesabatdan görünür ki, X13 minik markalı, ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 12000 (on iki min) manat təşkil edir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli BA-1411/ME-3 nömrəli qiymətləndirməyə dair hesabatdan görünür ki, X13 minik markalı, ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qalıq dəyəri 2300 (iki min üç yüz) manat təşkil edir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli, 431200 saylı qəbzdən görünür ki, İddiaçı qiymətləndirilmə üçün müstəqil ekspert X4 200,60 (iki yüz manat altmış qəpik) manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfləri dinləyərək və cavabdehin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfdən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh avtomaşına vurulmuş maddi ziyanın əvəzi olaraq 6116 (altı min yüz on altı) manat, müstəqil ekspertə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 83,16 (səksən üç manat on altı qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6399,16 (altı min üç yüz doxsan doqquz manat on altı qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh avtomaşına vurulmuş maddi ziyanın əvəzi olaraq 6116 (altı min yüz on altı) manat, müstəqil ekspertə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 83,16 (səksən üç manat on altı qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6399,16 (altı min üç yüz doxsan doqquz manat on altı qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar