Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-366/2023 11.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat borcun, 1000 (bir min) manat maddi ziyanın, 500 (beş yüz) manat əldən çıxmış faydanın və 40 (qırx) manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır. 2007-ci ildə həmkəndlisi Cavabdeh özünə və ailə üzvlərinə məxsus olan pay torpaq sahəsindən öz payına düşən 0.28 ha hissəsini 870 (səkkiz yüz yetmiş) manata ona (iddiaçıya) satmışdır. Həmin vaxt aralarında alqı-satqı müqaviləsi bağlamaq mümkün olmadığından cavabdeh xx.xx.2008-ci il tarixli etibarnamə ilə özünə düşən torpaq sahəsini ona (iddiaçıya) etibar etmişdir. Bundan sonra o (iddiaçı) həmin şoran torpağı münbitləşdirib yararlı hala gətirmək üçün 1000 (bir min) manat vəsait xərcləmişdir. Bir müddət əvvəl isə cavabdeh həmin torpaq sahəsini əkmək üçün başqa şəxsə vermişdir. Bundan sonra o cavabdehdən torpağı ona verməsini, ya da ödədiyi 870 manatı və torpağa sərf etdiyi 1000 manatı tələb etsə də cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun həmkəndlisidir. Ona (cavabdehə) və ailə üzvlərinə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən öz payına düşən 0.28 ha hissəsini 2007ci ildə iddiaçıya satmaq istəmiş, bununla əlaqədar olaraq izahat yazaraq iddiaçıya vermiş, lakin sonradan aralarında olan alqı-satqıya dair razılaşma pozulmuşdur. Bundan sonra həmin torpaq sahəsini iddiaçıya icarəyə vermək barədə razılığa gəlmişlər. xx.xx.2008-ci il tarixdə etibarnamə əsasında torpağı iddiaçıya bir neçə illik icarəyə vermiş və bunun müqabilində iddaçıdan 870 (səkkiz yüz yetmiş) manat icarə haqqı almışdır. Daha sonra iddaçıdan növbəti illərin icarə haqqını verməsini tələb etmiş, lakin iddiaçı bundan imtina etmişdir. Buna görə də, mülkiyyətində olan torpaq sahəsini başqa şəxsə icarəyə vermişdir. Həmin torpa sahəsini iddiaçıya satmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixli, 7E-14/5291 reyster nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünüqr ki, Abasov X7 rayonu Maşlıq kəndində yerləşən xx.xx.1999-cu il tarixli 543 nömrəli dövlət aktına əsasən 1.68 ha torpaq sahəsindən öz payına düşən hissəni əkib-becərmək üçün 25 il müddətinə İddiaçı etibar etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX ******* saylı çıxarışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşəın 1.1158 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X8, X6, X2 və Cavabdeh paylı mülkiyyətindədir. İşə əlavə edilmiş Elektron notariat X1 çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2008ci il tarixdə Cəlilabad rayon 1 saylı Notariat Ofisində verdiyi 7E-14/5291 reyestr nömrəli etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib-becərməsi üçün etibarnamə əsasənda iddiaçıya etibar etmiş və bunun müqabilində iddiaçıdan 870 (səkkiz yüz yetmiş) manat pul almışdır. Lakin iddiaçı həmin torpaq sahəsini dəyərini ödəməklə Cavabdeh aldığını iddia edərək, hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında İddiaçı Cavabdeh 0.28 ha torpaq sahəsini aldığını və 870 (səkkiz yüz yetmiş) manat pulu alqı-satqının müqabilində cavabdehə verdiyini göstərsə də həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı ilə Cavabdeh arasında torpaq alqı-satqısına dair razılaşmanın olduğu öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı 1 000 (bir min) manat maddi ziyan və 500 (beş yüz) manat əldən çıxmış fayda tələbinə dair iddiasının əsaslı olduğuna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə iddianın həmin hissəsini də əsassız hesab edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-366/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-366/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver