Məhkəmə qərarları › İş №2(073)-368/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-368/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-368/2023 10.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun (iddiaçının) «Toyota Prius minik» markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməsi nəticəsində yaranmış borclu olduğu 4020 (dörd min iyirmi) manat məbləğində pulun və 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşamaqla fərdi əmək fəaliyyəti ilə məşğul olur. Cəlilabad rayon sakini Cavabdeh əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Cavabdehi 13 mart 2022-ci ildə tanımışdır. Belə ki, o (iddiaçı) internet saytında özünə məxsus «Toyota Prius minik» markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə vermək üçün elan vermiş və cavabdeh bu səbəbdən telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq, avtomobilə baxmaq istədiyini, xoşuna gələcəyi və razılaşacaqları təqdirə avtomobili icarə götürəcəyini bildirmişdir. Buna görə cavabdehlə 13 mart 2022-ci ildə görüşmüşlər və Bakı şəhərində yerləşən avtoservisdə avtomobilə baxış keçirildikdən sonra etibarnamə ilə həmin maşını cavabdehə icarəyə vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh hər gün 25 (iyirmi beş) manat olmaqla, hər ay 750 (yeddi yüz əlli) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 04 aprel 2022-ci il tarixdə yenidən cavabdehə həmin avtomaşını idarə etmək üçün 3 ay müddətinə etibarnamə vermişdir. Cavabdeh razılaşdıqları kimi birinci ay icarə haqqı olaraq ona 750 (yeddi yüz əlli) manat vermişdir. İkinci ay isə cavabdeh ona 250 (iki yüz əlli) manat ödəmiş və 3 ayın tamamında qalan borcunu da tam şəkildə ödəyəcəyini bildirmişdir. Cavabdehə inandığına görə bundan sonra cavabdehin sürücülük vəsiqəsinin müddəti başa çatdığı vaxtadək ona (cavabdehə) etibarnamə vermişdir. Cavabdeh may ayınadək olan icarə haqqını ödəmiş, may ayından isə 350 (üç yüz əlli) manat borcu qalmışdır. Bundan sonra cavabdeh icarə haqqının ödənişlərini ödəməkdən yayınmağa başlamışdır. Sentyabr ayının ortalarında isə cavabdehdən maşını nasaz vəziyyətdə çətinliklə də olsa ala bilmiş və sonuncu dəfə verdiyi etabarnaməni ləğv etdirmişdir. Beləliklə, cavabdehin ona (iddiaçıya) icarə haqqına görə may ayı üçün 350 (üç yüz əlli) manat, iyun, iyul, avqust ayları üçün 2250 (iki min iki yüz əlli) manat, sentyabr ayı üçün 400 (dörd yüz) manat, ümumilikdə isə 3 000 (üç min) manat borcu qalmışdır. Bundan başqa, cavabdeh avtomaşını idarə etdiyi vaxt avtomaşına 1020 (bir min iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh avtomaşını nasaz hala saldığına görə maşını özü (iddiaçı) avtoservisdə təmir etdirmək məcburiyyətində qalmış və buna görə 1020 (bir min iyirmi) manat vəsait xərcləmişdir. Bundan əlavə, cavabdeh həmin avtomaşını idarə etdiyi zamanlarda yol hərəkəti qaydalarını pozduğuna görə cərimə olunmuş, həmin cərimələri də o (iddiaçı) ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin yol hərəkəti qaydalarını pozması nəticəsində cəmi 81 (səksən bir) manat cərimə ödəmişdir. Cavabdehlə danışıqları zamanı cavabdeh bütün ziyanı ödəyəcəyini və icarə haqqını verəcəyin bildirsə də, sonradan bundan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Cəlilabad rayon sakini Cavabdeh əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Cavabdehi 2022-ci ilin mart ayında tanımışlar. Belə ki, qardaşı İddiaçı internet saytında özünə məxsus «Toyota Prius minik» markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə vermək üçün elan vermiş və cavabdeh bu səbəbdən telefon vasitəsi ilə qardaşı ilə əlaqə saxlayaraq, avtomobilə baxmaq istədiyini, xoşuna gələcəyi və razılaşacaqları təqdirə avtomobili icarə götürəcəyini bildirmişdir. Buna görə cavabdehlə 13 mart 2022-ci ildə görüşmüşlər və Bakı şəhərində yerləşən avtoservisdə avtomobilə baxış keçirildikdən sonra etibarnamə ilə həmin maşın cavabdehə icarəyə verilmişdir. Qardaşı ilə cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh hər gün 25 (iyirmi beş) manat olmaqla, hər ay 750 (yeddi yüz əlli) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 04 aprel 2022-ci il tarixdə qardaşı yenidən cavabdehə həmin avtomaşını idarə etmək üçün 3 ay müddətinə etibarnamə vermişdir. Cavabdeh razılaşdıqları kimi birinci ay icarə haqqı olaraq iddiaçıya 750 (yeddi yüz əlli) manat vermişdir. İkinci ay isə cavabdeh qardaşına 250 (iki yüz əlli) manat ödəmiş və 3 ayın tamamında qalan borcunu da tam şəkildə ödəyəcəyini bildirmişdir. Qardaşı Natiq də cavabdehə inandığına görə bundan sonra cavabdehin sürücülük vəsiqəsinin müddəti başa çatdığı vaxtadək cavabdehə etibarnamə vermişdir. Bundan sonra cavabdeh icarə haqqının ödənişlərini ödəməkdən yayınmağa başlamışdır. Sentyabr ayının sonlarında cavabdehdən maşını nasaz vəziyyətdə çətinliklə də olsa ala bilmişlər və qardaşı Natiq sonuncu dəfə verdiyi etabarnaməni ləğv etdirmişdir. Beləliklə, cavabdehin iddiaçıya icarə haqqına görə cəmi 3 000 (üç min) manat borcu qalmışdır. Bundan başqa, cavabdeh avtomaşını idarə etdiyi vaxt avtomaşına 1020 (bir min iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh avtomaşını nasaz hala saldığına görə qardaşı Natiq maşını avtoservisdə təmir etdirmək məcburiyyətində qalmış və buna görə 1020 (bir min iyirmi) manat vəsait xərcləmişdir. Bundan əlavə, cavabdeh həmin avtomaşını idarə etdiyi zamanlarda yol hərəkəti qaydalarını pozduğuna görə cərimə olunmuş, həmin cərimələri də iddiaçı ödəmək məcburiyyətində qalmışdır. Qardaşı Natiq cavabdehin yol hərəkəti qaydalarını pozması nəticəsində cəmi 81 (səksən bir) manat cərimə ödəmişdir. Həm o, həm də qardaşı Natiq cavabdehlə danışıqları zamanı cavabdeh bütün ziyanı ödəyəcəyini və icarə haqqını verəcəyin bildirsə də, sonradan bundan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə olan ƏN-Vİ 017886 saylı etibarnamənin surətindən görünür ki, X3 həmin etibarnamə ilə «Toyota Prius» markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13 aprel 2022-ci il tarixədək idarə etmək üçün Cavabdeh vermişdir. İşdə olan ƏN-Vİ 072796 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə «Toyota Prius» markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 30 iyul 2022-ci il tarixədək idarə etmək üçün Cavabdeh vermişdir. İşdə olan ƏN-Vİ 245472 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə «Toyota Prius» markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 31 mart 2029-cu il tarixədək idarə etmək üçün Cavabdeh vermişdir İşdə olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı şikayət ərizəsi əsasında araşdırma aparılmış, mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan «X7» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus «Toyota Prius» markalı, ** GX *** dövlət qeydiyyatl nişanlı nəqliyyat vasitəsinin təmirinə çəkilməli olan xərc cəmi 655.99 manat müəyyən edilmişdir. İşdə olan «X7» MMC tərəfindən verilmiş servis kartına dair xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, İddiaçı məxsus «Toyota Prius» markalı, ** GX *** dövlət qeydiyyatl nişanlı nəqliyyat vasitəsinin diaqnostikası üçün İddiaçı tərəfindən 40.02 (qırx manat iki qəpik) manat ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında «Toyota Prius» markalı, ** GX *** dövlət qeydiyyatl nişanlı nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair razılaşma olmuş və cavabdeh 2022-ci ilin mart ayında İddiaçı mülkiyyətində olan həmin nəqliyyat vasitəsini icarəyə götürərək, hər ay 750 (yeddi yüz əlli) manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin nəqliyyat vasitəsinə dair iddiaçı tərəfindən cavabdehə etibarnamə verilmişdir. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən cavabdehə həmin avtomaşını idarə etmək üçün 3 ay müddətinə etibarnamə vermişdir. Cavabdeh razılaşdıqları kimi birinci ay icarə haqqı olaraq iddiaçıya 750 (yeddi yüz əlli) manat vermişdir. İkinci ay isə cavabdeh iddiaçıya 250 (iki yüz əlli) manat ödəmiş və 3 ayın tamamında qalan borcunu da tam şəkildə ödəyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehin sürücülük vəsiqəsinin müddəti başa çatdığı vaxtadək ona etibarnamə vermişdir. Cavabdeh may ayınadək olan icarə haqqını ödəmiş, may ayından isə 350 (üç yüz əlli) manat borcu qalmışdır. Bundan sonra cavabdeh icarə haqqının ödənişlərini ödəməkdən yayınmağa başlamışdır. Sentyabr ayının ortalarında isə iddiaçı cavabdehdən maşını nasaz vəziyyətdə almış və sonuncu dəfə verdiyi etibarnaməni ləğv etdirmişdir. İddiaçının mülkiyyətində olan «Toyota Prius» markalı, ** GX *** dövlət qeydiyyatl nişanlı nəqliyyat nəqliyyat vasitəsi 2022-ci ilin mart ayından həmin ilin sentyabr ayının ortalarınadək cavabdehin istifadəsində olmuşdur. Beləliklə, cavabdehin iddiaçıya icarə haqqına görə may ayı üçün 350 (üç yüz əlli) manat, iyun, iyul, avqust ayları üçün 2250 (iki min iki yüz əlli) manat, sentyabr ayı üçün 400 (dörd yüz) manat, ümumilikdə isə 3 000 (üç min) manat borcu qalmışdır. Bundan başqa, cavabdeh avtomaşını idarə etdiyi vaxt avtomaşına maddi ziyan vurmuşdur. Cavabdeh avtomaşını nasaz hala saldığına görə maşını iddiaçı avtoservisdə təmir etdirmək məcburiyyətində qalmış və buna görə 696.01 (altı yüz doxsan altı manat bir qəpik) manat vəsait xərcləmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın 1020 manat ziyan tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən ona 1020 (bir min iyirmi) manat maddi ziyan vurulduğunu və cavabdehin əvəzindən cəmi 81 (səksən bir) manat cərimə ödədiyini göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan «X7» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından və xx.xx.2023-cü il tarixli məlumatdan müəyyən edilir ki, İddiaçı məxsus «Toyota Prius» markalı, ** GX *** dövlət qeydiyyatl nişanlı nəqliyyat vasitəsinin təmirinə çəkilməli olan xərc cəmi 655.99 manat təşkil etmiş və ** GX *** dövlət qeydiyyatl nişanlı nəqliyyat vasitəsinin diaqnostikası üçün İddiaçı tərəfindən 40.02 (qırx manat iki qəpik) manat olmaqla, cəmi 696.01 (altı yüz doxsan altı manat bir qəpik) vəsait ödənilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən cəmi 3 696.01 (üç min altı yüz doxsan altı manat bir qəpik) manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3696.01 (üç min altı yüz doxsan altı manat bir qəpik) manat pul və 70 (yetmiş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar