Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-371/2025 16.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 1632,50 (bir min altı yüz otuz iki manat əlli qəpik) manat borclu qaldığı pulun və cavabdehin təqsiri üzündən borclu olduğu 1632,50 manat pulun 1 (bir) il, 3 (üç) aydan çox verməməsi nəticəsi olaraq, mülki dövriyyədə ona dəymiş 1500 (bir min beş yüz) manat məbləğində əldən çıxmış faydanın alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1632,50 (bir min altı yüz otuz iki manat əlli qəpik) manat borclu qaldığı pulun və cavabdehin təqsiri üzündən borclu olduğu 1632,50 manat pulun 1 (bir) il, 3 (üç) aydan çox verməməsi nəticəsi olaraq, mülki dövriyyədə ona dəymiş 1500 (bir min beş yüz) manat məbləğində əldən çıxmış faydanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, cavabdehlə aralarında razılaşma olduğunu və buna görə də mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh 1632,50 (bir min altı yüz otuz iki manat əlli qəpik) manat borclu qaldığı pulun və cavabdehin təqsiri üzündən borclu olduğu 1632,50 manat pulun 1 (bir) il, 3 (üç) aydan çox verməməsi nəticəsi olaraq, mülki dövriyyədə ona dəymiş 1500 (bir min beş yüz) manat məbləğində əldən çıxmış faydanın alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-371/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-371/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver