Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3739/2025 22.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən kartofun nisyə alqı-satqısı nəticəsində vurduğu maddi ziyanın əvəzi olaraq 4200 manatın və ödənilən 62 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kartofun nisyə alqı-satqısı nəticəsində vurduğu maddi ziyanın əvəzi olaraq 4200 manatın və ödənilən 62 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazır ki iş üzrə kommersiya aidiyyəti yaranmışdır və buna görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 62 manat məbləğində dövlət rüsumu (22 noyabr 2025-ci il tarixli, ********** nömrəli qəbz) İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı cavabdehdən kartofun nisyə alqı-satqısı nəticəsində vurduğu maddi ziyanın əvəzi olaraq 4200 manatın və ödənilən 62 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 62 (altımış iki) manat məbləğində dövlət rüsumu (22 noyabr 2025-ci il tarixli, ********** nömrəli qəbz) İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3739/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3739/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver