Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-378/2023 10.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında tərəvəz alveri ilə məşğul olmuş və xiyar almaq məqsədi ilə Cəlilabad rayonunun Maşlıq kəndinə gəlmişdir. Heç kimi tanımadığı üçün sahələrə fəhlə aparan Yalçın adlı şəxslə söhbət etmiş və ona gəlişinin məqsədini bildirmişdir. Həmin şəxs onun telefon nömrəsini götürmüş və kənddə xiyar satışı ilə məşğul olan adamlar olarsa ona zəng edəcəyini bildirmişdir. Sentyabr ayının 18-də axşam vaxtı Yalçın adlı şəxs ona zəng edərək tanış adamlarda hazır məhsul olduğunu, gələ bilərsə həmin şəxslərin onu qarşılayacaqlarını bildirmişdir. O da gecə həmin kəndə gəlmiş, onu Cavabdeh qarşılamış və birlikdə sahəyə getmişlər. Həmin sahədə hazır yığılmış 43 kisə xiyar məhsulu olmuşdur. Həmin vaxt sahədə Babək adlı digər bir şəxs də olmuş, həmin şəxslərdən məhsulun keyfiyyətini, təzə yığılmasını soruşduqda onu məhsulun keyfiyyətində heç bir problem olmadığına, nəsə problem olarsa verdikləri mala görə məsuliyyət daşıdıqlarına inandırmışlar. Bundan sonra cavabdehlə məhsulun qiymətini razılaşmışlar və o cavabdehə 43 kisə xiyar üçün 600 manat pul verərək, gecə saat 01 radələrində məhsulu kənddən Bakı şəhərində yerləşən “Meyvəli” meyvə-tərəvəz bazarına aparmışdır. Bazarda razılaşdığı mağazalarda malı götürmək istəyəndə kisələrdən birini açmışlar və məhsulun çoxdan yığıldığını, günün istisində salafan kisələrdə qalıb keyfiyyətini itirdiyini və satışa yarasız olduğunu görmüşlər. Buna görə də müştərilər məhsulu almaqdan imtina etmişlər. Bundan sonra cavabdehə zəng vuraraq vəziyəti bildirmiş və cavabdeh ona məhsulu saxlasa tamam xarab olacağını, ona görə də dəyər-dəyməzinə satmağı məsləhət görmüş və ziyanı nizamlayacağını bildirmişdir. O (iddiaçı) Şirvan şəhərindəki bazarda olan tanışları ilə əlaqə saxlamış, satmaq üçün məhsulu ora aparmış, lakin orada da sata bilməmişdir. Cavabdehin ona keyfiyyətsiz mal satması səbəbindən 600 manat mala görə ödədiyi pul və 200 manat bazarlara giriş haqqına görə xərclədiyi pul olmaqla ona cəmi 800 manat ziyan dəymişdir. Bununla əlaqədar dəfələrlə Cəlilabad rayonuna gəlib cavabdehlə görüşmüş, ona dəyən ziyanın ödənilməsini tələb eytmiş, lakin cavabdeh bundan yayınmışdır. Dekabr ayının əvvəlində hazırkı mübahisə ilə bağlı DİN 102 xidmətinə zəng etmiş, lakin ona şikayətinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı əvvəllər tanımamışdır. İddiaçı Firuzə adlı bacısını tanımışdır. Firuzəni də tanışı (cavabdehin) Yalçın adlı şəxsin vasitəsi ilə tanımışdır. Firuzə Babək adlı tanışının (cavabdehin) sahəsində günəmuzd fəhlə işləyir və Firuzə onlara qardaşı İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş və İddiaçı da pul qazanmaq üçün şərait yaratmalarını xahiş etmişdir. 18 sentyabr 2022-ci il tarixdə Babək adlı digər tanışı ona (cavabdehə) zəng edərək, İddiaçı qarşılamasını və onların yanına gətirməsini xahiş etmişdir. O da, həmin gün İddiaçı qarşılamış və Babəkin sahəsinə gətirmişdir. Həmin yerdə Yalçın adlı tanışı İddiaçı Babək adlı tanışı ilə şəxsən tanış etmişdir. Onun (cavabdehin) yanında Babəklə Seymur xiyarın alqı-satqısı ilə əlaqədar danışmışlar və Seymur Babəkdən 600 (altı yüz) manat dəyərində 43 kisə xiyar alaraq, pulunu Babəkə ödəmişdir. İki gün sonra Seymur ona (cavabdehə) zəng edərək, Babəkdən aldığı xiyar məhsulunun 5-6 kisəsinin zay məhsul oldğunu bildirmişdir. O da, Seymura həmin məhsulu atmamasını, gətirib Babəkə qaytarmasını tövsiyyə etmişdir. İddiaçı zay olan məhsulun şəklini çəkib ona (cavabdehə) göndərmiş, o da öz növbəsində həmin şəkilləri Babəkə göstərmişdir. Babək də, narahatçılığa əsas olmadığını və məsələni nizamlayacağını bildirmişdir. Bundan sonra da Seymur bir-neçə dəfə ona (cavabdehə) zəng etmiş, o da zay məhsulu gətirib Babəkə qaytarmasını bildirmişdir. Bundan bir neçə gün sonra isə İddiaçı yenidən gələrək, Babəkdən xiyar məhsulu almış və Babək həmin xiyarı yarı qiymətinə Seymura satmışdır. Bununla da Babək adlı tanışı İddiaçı dəymiş zərəri əvəzləşdirmişdir. Onunla İddiaçı arasında xiyar məhsulunun alqı-satqısı ilə bağlı heç bir razılaşma olmamışdır. O sadəcə İddiaçı qarşılamış və Babək adlı tanışının sahəsinə aparmışdır. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməmsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında İddiaçı Cavabdeh 600 (altı yüz) manat dəyərində xiyar məhsulu aldığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında isə cavabdeh iddiaçı ilə aralarında xiyar məhsulunun alqısatqısı ilə bağlı heç bir razılaşmanın olmadığını, İddiaçı xiyar məhsulu satmadığını, ancaq onu (iddiaçını) Babək adlı tanışının xahişi ilə qarşıladığını və Babək adlı tanışının sahəsinə gətirdiyini, xiyar məhsulunun alqı-satqısı ilə bağlı razılaşmanın İddiaçıla Babək adlı şəxsin arasında olduğunu, Seymurun xiyar məhsulunu Babəkdən aldığını və bunun müqabilində 600 (altı yüz) manat pulu da Babəkə verdiyini göstərmişdir. Məhkəmə iclasında İddiaçıla Cavabdeh arasında xiyar məhsulunun alqısatqısına dair razılaşmanın olduğu və iddiaçının xiyar məhsulunu cavabdehdən alması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-378/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-378/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver