Məhkəmə qərarları › İş №2(073)-379/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-379/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-379/2025 11.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı X1ndan tələb olunan 6930 manat pulun mirası faktiki qəbul etmiş Cavabdeh alınması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1ndan tələb olunan 6930 manat pulun mirası faktiki qəbul etmiş Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2(106)-1549/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh X3 11000 manat pulun alınaraq ona verilməsi təmin edilmişdir. X1 həmin məbləğin bir qismini ödəmiş, lakin sonradan vəfat etdiyindən ona 6930 manat məbləğində borcu qalmışdır. Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən borclunun vəfat etməsi səbəb göstərilərək icra işinə xitam verilmişdir. Hazırda isə X2nun vəfatından sonra ondan qalan miras əmlakına arvadı Cavabdeh faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Lakin mirası qəbul etmiş şəxs Cavabdeh miras qoyanın öhdəliklərinə cavabdeh olduğunu bildiyindən miras qoyanın varisi kimi tanınması üçün notariat ofisinə müraciət etmir, amma mirası faktiki olaraq qəbul edərək mirasa dair sərəncamlar verməkdə davam edir. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qızı iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, həqiqətən də mərhum əri X4 İddiaçı 11000 manat borcu olmuş, lakin həmin borc üzrə iddiaçıya 28000 manat ödəmişlər. Bundan əlavə o, mərhum əri X4 vərəsəsi deyil və mərhum ərinin iddiaçıya olan borcunu ödəmək fikri yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(073)- 859/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh X3 19000 manat borc pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2(106)- 1549/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh X6 tərəfindən verilmiş apelyyasiya şikayəti qismən təmin edilməklə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-859/2016 saylı, 31 mart 2016-cı il tarixli qətnaməsi “cavabdeh X3 19000 manat borc pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi” hissədə dəyişdirilərək, cavabdeh X3 11000 manat borc pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 5-41/2-xx-xx/2025 saylı arayışdan görünür ki, X1nun vəfatından sonra vərəsələri arvadı Cavabdeh Heydər qızı, oğlu X11 oölu və qızı X5 qalmış və onun qalan əmlakına arvadı Cavabdeh Heydər qızı sahiblik edir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 11 mart 2025ci il tarixli, 119067/3010 saylı arayışdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 25 may 2017-ci il tarixli, 2(106)-1549/2016 saylı icra vərəqəsinə əsasən X2ndan 11000 manat pulun alınaraq İddiaçı verilməsi ilə bağlı görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən 4070 manat ödəniş təmin olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2(106)-1549/2016 saylı qətnaməsinə əsasən cavabdeh X3 11000 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. X1 həmin məbləğin 4070 manat hissəsini ödəmiş, lakin sonradan vəfat etdiyindən iddiaçıya 6930 manat məbləğində borcu qalmışdır. X2 vəfat etdiyindən Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən qeyd olunan icra sənədi ilə bağlı icraata xitam verilmişdir. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 5-41/2-xx-xx/2025 saylı arayışda qeyd edilmişdir ki, X4 vəfatından sonra ondan qalan miras əmlakına arvadı Cavabdeh faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh X1nun vərəsəsi olduğundan, İddiaçı Cavabdeh qarşı 6930 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1288-ci maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh borca görə 6930 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı ərizənin verilməsi ilə əlaqədar 90 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 6930 (altı min doqquz yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 (doxsan) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar