Məhkəmə qərarları › İş №2(073)-380/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-380/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-380/2025 16.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Soliton LTD”nin Cəlilabad filialına qarşı istehlakçı kimi pozulmuş hüquqlarının bərpa edilərək, “Soliton LTD”nin Cəlilabad filialı aralarında bağlanmış 0* iyul 2024-cü il tarixli, CLK 6349*08 saylı “alqı-satqı” müqaviləsinə əsasən ona satılmış * ədəd “AC BEKO BMVİG *20/*2*” markalı kondisionerin cavabdeh tərəfindən lazımi keyfiyyətli eyni markalı kondisionerlə əvəz edilərək ona verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Soliton LTD”nin Cəlilabad filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi pozulmuş hüquqlarının bərpa edilərək, “Soliton LTD”nin Cəlilabad filialı aralarında bağlanmış 0* iyul 2024-cü il tarixli, CLK 6349*08 saylı “alqı-satqı” müqaviləsinə əsasən ona satılmış * ədəd “AC BEKO BMVİG *20/*2*” markalı kondisionerin cavabdeh tərəfindən lazımi keyfiyyətli eyni markalı kondisionerlə əvəz edilərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, mübahisəni cavabdehlə öz aralarında həll etdiklərini və buna görə də mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdeh “Soliton LTD”nin Cəlilabad filialına qarşı istehlakçı kimi pozulmuş hüquqlarının bərpa edilərək, “Soliton LTD”nin Cəlilabad filialı aralarında bağlanmış 0* iyul 2024-cü il tarixli, CLK 6349*08 saylı “alqı-satqı” müqaviləsinə əsasən ona satılmış * ədəd “AC BEKO BMVİG *20/*2*” markalı kondisionerin cavabdeh tərəfindən lazımi keyfiyyətli eyni markalı kondisionerlə əvəz edilərək ona verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar