Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-405/2023 14.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca görə 8500 manat və ödədiyi dövlət rüsumuna görə 100 manat pul məbləğlərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Qazax rayonunda yaşayır. Cavabdeh Cəlilabad rayon sakini kimi tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Özü kartof məhsulunun alqı-satqısı ilə məşğul olur. Cavabdeh ondan 1 kq 0,50 manat olmaqla, ümumilikdə 8500 manat dəyərində 17500 kiloqram toğumluq kartof məhsulunu nisyə almış və aldığı kartof məhsulunun pulunu 2 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Razılaşdıqları müddət bitdikdən sonra o, cavabdehdən ona nisyə satdığı kartof məhsulunun pulunu ödəməsini tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanlər gətirərək onun pulunu ödəməkdən yayınmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Kazımabad kəndində yaşayır. İddiaçı ilə “Qırmızı körpü” deyilən ərazidə al-ver etdiyi vaxtlar tanış olmuşdur. Özü kartof məhsulunun alqı-satqısı ilə məşğul olur. 2013-cü ildə İddiaçı 15-16 ton kartof məhsulunu nisyə almış, satdıqdan sonra onun pulunu hissə-hissə ödəmiş, lakin 2000 manat qalmışdır. Həmin 2000 manat pulu da İddiaçı aldığı kartof məhsulunun cürümüş hissəsi ilə əvəzləşmişlər. Bundan sonra İddiaçı 2021 və 2022-ci illərdə onun barəsində Cəlilabad RPŞ-nin Göytəpə PB-nə şikayət etmiş, o, da öz növbəsində Cəlilabad RPŞ-nin Göytəpə PB-nin əməkdaşlarına şifahi qaydada İddiaçı borcu olmadığını bildirmişdir. İddiaçı həmçinin, tələb üzrə iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh izahatında qeyd etdiklərini təsdiq edərək, əlavəsi olmadığını bildirdi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, o, fəhlə işləməklə ailəsini dolandırır. Təxminən 2019-cu ilin noyabr ayında Tovuz rayonunda yerləşən “Qartal” şadlıq sarayının yanında kartof məhsulunu kisələrə yığarkən, İddiaçı ona və digər fəhlələrə tapşırdı ki, çürük kartofları kisələrə yığmayın. Çünki məhsul Cəlilabad rayonuna gedəcək, sonra alıcı ilə aralarında narazılıq olmasın. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, o, fəhlə işləməklə ailəsini dolandırır. Təxminən 2019-cu ilin payız aylarında X3, o və tanımadığı digər 2 nəfər fəhlə olmaqla, cəmi 4 nəfər fəhlə İddiaçı kartof məhsulunu yükləyərkən İddiaçı onların yüklədikləri malın Kərim kişiyə getdiyini bildirərək, onlara xarab mal yükləməmələrini tapşırdı. Onları malı yüklədikdən sonra zəhmət haqlarını alıb oradan ayrılmışlar. İş materialında olan İddiaçı Cəlilabad RPŞ-nin Göytəpə PB-nə verdiyi ərizəsindən görünür ki, İddiaçı Cəlilabad RPŞ-nin Göytəpə PB-nə şikayət ərizəsi ilə müraciət dərək, 5 (beş) il bundan əvvəl Cəlilabad rayonu Kazımabad kənd sakini Cavabdeh ondan 8500 manat dəyərində kartof məhsulu aldığını, lakin həmin məbləğin ona qaytarmadığını qeyd edərək, ona köməklik edilməsini xahiş etmişdir. İş materialında olan İddiaçı xx.xx.2022-ci il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə PBnə verdiyi izahatından görünür ki, İddiaçı Cəlilabad RPŞ-nin Göytəpə PB-nə verdiyi izahatında məhkəmə mübahisəsi predmeti olan həmin hadisənin 5 (beş) il bundan əvvəl olduğunu qeyd etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı bir kiloqramı 0,50 manat olmaqla, ümümi dəyəri 8500 manat təşkil edən 17 ton 500 kiloqram toxuluq kartof məhsulunu nisyə olaraq almış və dəyəri olan 8500 manat pulu isə 2 ay müddətinə iddiaçya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh söz verdiyi vaxtdan iddiaçıya borclu olduğu 8500 manat pulu qaytarmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 8500 manat pulun alınaraq ona verilməsi tələbi iddia müddətinin keçməsi əsasıyla təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından da göründüyü kimi Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 8500 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 8500 (səkkiz min beş yüz) manat pulun alınaraq ona verilməsi tələbi iddia müddətinin keçməsi əsası ilə təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-405/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-405/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver