Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-413/2024 15.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh 4.000 (dörd min) manat pulun və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh 04 iyul 2023-cü il tarixdə ona məxsus 2.000 ədəd saman bağlamasını qəsdən yandırmışdır. O, bu barədə Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Cəlilabad RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin əməlində cinayət tərkibinin olmaması barədə qərar qəbul edilmiş, lakin cavabdehin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin əlamətləri olduğu müəyyən edilmişdir. Cavabdehin barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə verilmişdir. İnzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə baxılaraq Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 2.000 manat məbləğində cərimə edilmişdir. Ona vurulan ziyanla bağlı cavabdehin təqsirli olması məhkəmə qərarı ilə də tam təsdiq edilir. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında göstərdi ki, o, Cəlilabad rayonu Uzuntəpə kəndində İddiaçı ilə qonşuluqda yaşayır. İddiaçılə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 04 iyul 2023-cü il tarixdə günorta vaxtı həmkəndlisi ilə spirtli içki qəbul etmiş, sonra isə yaşadığı evə getmişdir. Sərxoş olduğu üçün İddiaçı ot tayasını yandırmaq qərarına gəlmiş, ona görə də saat 23 radələrində küçədə heç kimin olmadığını görüb İddiaçı həyətinə keçmiş, sonra isə kibritlə saman bağlamalarına od vurmuş, bağlamaların alovlanaraq yandığını görüb oradan qaçıb getmişdir. Sonradan o, İddiaçı vurulmuş ziyanın əvəzi olaraq onun ot saxlanan talvarını təmir etmişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfləri dinləyərək, iş üzrə sübutarı nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş HK-1/1826 saylı materialda olan 05 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İddiaçıəli oğlunun yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan 2.000 (iki min) ədəd saman presi həmkəndlisi Cavabdeh tərəfindən qərəzli şəkildə yandırılmışdır. Həmin vaxt saman preslərinin saxlanc yeri kimi istifadə edilən şifer materialdan olan dam örtüyü də yararsız hala düşmüşdür. İş materiallarına əlavə edilmiş HK-1/1826 saylı materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5374 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1.000 ədəd saman bağlamasının hadisə baş verən tarixə - yəni 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1 (bir) bağlamanın qiyməti 2 manat, 1.000 ədəd bağlamanın qiyməti isə 2.000 (iki min) manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş HK-1/1826 saylı materialda olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Cənub regional X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Yanğın haqqında ilkin aktdan” görünür ki, İddiaçıəli oğlunun yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətində yanğın nəticəsində ümumi sahəsi 153 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 30 ton ot bağlamasının 10 tonu yanmışdır. Materiala əlavə edilmiş yanğının hesabat vərəqəsində yanğın nəticəsində ümumilikdə 7.000 (yeddi min) manat maddi ziyan dəydiyi qeyd edilmişdir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanılması rədd edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(073)- 1173/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2.000 (iki) min manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçıəli oğlu məhkəməyə müraciət edərkən 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında da göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş olduğu hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iş materialları ilə müəyyən edildi ki, Cavabdeh sərxoş halda 04 iyul 2023cü il tarixdə İddiaçı məxsus ot talvarını qəsdən yandırmış, nəticədə 2.000 (iki min) ədəd saman bağlamasının yanmasına görə İddiaçı 4.000 (dörd min) manat məbləğində maddi ziyan dəymiş, həmçinin yanğın nəticəsində ot talvarının da bir qismi yanaraq yararsız hala düşmüşdür. Cavabdeh ot talvarına dəymiş ziyanı aradan qaldırsa da, saman bağlamalarının yanması nəticəsində İddiaçı dəymiş 4.000 (dörd min) manat məbləğində maddi ziyanı ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 4.000 (dörd min) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 60 (altmış) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4.000 (dörd min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-413/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-413/2024
15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver