Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-414/2023 25.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsi üzrə 2491.78 manat əsas borc, 323,25 manat faiz borcu olmqla, cəmi 2815,03 manat borc və 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1903,94 manat əsas borc, 437,71 manat faiz borcu olmaqla, cəmi 2341,65 manat borcun və ödənilmiş 71,57 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsi üzrə 2491.78 manat əsas borc, 323,25 manat faiz borcu olmqla, cəmi 2815,03 manat borc və 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1903,94 manat əsas borc, 437,71 manat faiz borcu olmaqla, cəmi 2341,65 manat borcun və ödənilmiş 71,57 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı əsaslandıraraq göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2040 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsinə əsasən 2491.78 manat əsas borc, 323,25 manat faiz borcu olmqla, cəmi 2815,03 manat borcu, 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1903,94 manat əsas borc, 437,71 manat faiz borcu olmaqla, cəmi 2341,65 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Ona görə də İddiaçı ASC Cavabdeh 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsi üzrə 2491.78 manat əsas borc, 323,25 manat faiz borcu olmqla, cəmi 2815,03 manat borc və 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1903,94 manat əsas borc, 437,71 manat faiz borcu olmaqla, cəmi 2341,65 manat borcun və ödənilmiş 71,57 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə illik 24,71 faiz olmaqla 35 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. İşdə olan 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər hər ay 121,12 manat, sonuncu ay isə 123,59 manat ödəməklə, cəmi 4241,67 manat vəsaiti iddiaçı Banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit xətti müqaviləsindən görünür ki, illik 25 faiz olmaqla, xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 2040 manat müəyyən olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə, 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsi üzrə 2491,78 manat əsas borcu, 323,25 manat faiz borcu olmaqla, cəmi 2815,03 manat borcu və 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit xətti müqaviləsi üzrə 1903,94 manat əsas borc, 437,71 manat faiz borcu olmaqla, cəmi 2341,65 manat borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış 30 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 71,57 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 3000 manat məbləğində krediti nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında Cavabdeh məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2040 manat məbləğində krediti cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsinə əsasən 2491.78 manat əsas borc, 323,25 manat faiz borcu olmqla, cəmi 2815,03 manat borcu, 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1903,94 manat əsas borc, 437,71 manat faiz borcu olmaqla, cəmi 2341,65 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmiş, bununla da cavabdeh götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı Banka borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsi üzrə 2491.78 manat əsas borc, 323,25 manat faiz borcu olmqla, cəmi 2815,03 manat borc və 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1903,94 manat əsas borc, 437,71 manat faiz borcu olmaqla, cəmi 2341,65 manat borc alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 71,57 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 08 iyul 2021-ci il tarixli, GTKR3884392A299 saylı kredit müqaviləsi üzrə 2491.78 (iki min dörd yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat əsas borc, 323,25 (üç yüz iyirmi üç manat iyirmi beş qəpik) manat faiz borcu olmqla, cəmi 2815,03 (iki min səkkiz yüz on beş manat üç qəpik) manat borc və 27 avqust 2021-ci il tarixli, BBLK4079941A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1903,94 (bir min doqquz yüz üç manat doxsan dörd qəpik) manat əsas borc, 437,71 (dörd yüz otuz yeddi manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 2341,65 (iki min üç yüz qırx bir manat altmış beş qəpik) manat borc və ödənilmiş 71,57 (yetmiş bir manat əlli yeddi qəpik) manat dövlət rüsumu alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-414/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-414/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver