Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-416/2023 12.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ogluna qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oglu arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ogluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oglu arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, Cavabdeh oglundan 5951,66 manat əsas borcun, 426,02 manat faiz borcunun, cəmi 6377,68 manat məbləğində borcun və ödənilmiş 84,18 manat dövlət rüsumunun tutularaq “Azər-Türk Bank» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı əsaslandıraraq göstərmişdir ki, Cavabdeh ogluna şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 7000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oglu arasında 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh oglunun xx.xx.2022-ci il tarixə əsas borcu 5951,66 manat, faiz borcu 426,02 manat təşkil edir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Eyni zamanda 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini laazımi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 5951,66 manat əsas borcu, 426,02 manat faiz borcu, cəmi 6377,68 manat məbləğində borcu yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh oglu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh oglu arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, ******* saylı Fiziki şəxslərlə kreditln (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, bank cavabdehə illik 16,5 faiz olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit vermişdir. İşdə olan 02 noyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh oglu kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 6950 manat vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şirvan filialından almışdır. İşdə olan 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh oglu iddiaçı bankdan götürdüyü krediti və ona hesablanmış faizləri ilə birlikdə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər aldığı krediti ödəniş qrafikində nəzərdə tutulmuş qaydada faizləri ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə araışından görünür ki, Cavabdeh oglunun xx.xx.2022-ci il tarixə iddiaçı banka 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 5951,66 manat əsas borcu, 426,02 manat faiz borcu, cəmi 6377,68 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 83,78 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ogluna illik 16,5 faiz olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər aldığı krediti ödəniş qrafikində nəzərdə tutulmuş qaydada faizləri ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh oglu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə xx.xx.2022-ci il tarixə iddiaçı banka 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 5951,66 manat əsas borcu, 426,02 manat faiz borcu, cəmi 6377,68 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh oglunın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı banka borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oglu arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməklə, Cavabdeh oglundan 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 5951,66 manat əsas borc, 426,02 manat faiz borcu, cəmi 6377,68 manat məbləğində kredit borcu alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi qismində 84,18 manat Cavabdeh oglundan alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oglu arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdeh oglundan 02 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 5951,66 (beş min doqquz yüz əlli bir manat altmış altı qəpik) manat əsas borc, 426,02 (dörd yüz iyirmi altı manat iki qəpik) manat faiz borcu, cəmi 6377,68 (altı min üç yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi qismində 84,18 (səksən dörd manat on səkkiz qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-416/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-416/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver