Məhkəmə qərarları › İş №2(073)-434/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-434/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-434/2025 10.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı 5000 manat pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, cavabdeh X4 üzün müddətdir ki, şəhər sakini kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2022-ci ilin dekabr ayında cavabdeh ona müraciət edərək, hazırda ev inşa etdirdiyindən pula ehtiyacı olduğunu bildirmiş və ona borc verməsini xahiş etmişdir. O, da maddi imkanı yaxşı olduğundan və cavabdehə inandığı üçün ona 6000 manat borc pul vermişdir. Cavabdeh ondan aldığı 6000 manat pulun 1000 manatını qaytarmış, lakin 5000 manatı isə qaytarmamışdır. O, cavabdehdən dəfələrlə borcunu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə borcunu qaytaracağını vəd etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bundan əlavə cavabdeh 5000 manat borcunun qarşılığında özünə məxsus olan torpaq sahəsini ona verməyi təklif etmiş, lakin həmin torpaq sahəsinin sənədləri olmadığından o, cavabdehin təklifini qəbul etməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, İddiaçı izahatını müadifə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı şəhər sakini kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. İddiaçı ərizəsində və izahatında qeyd etdiklərinin çoxu həqiqət deyil. Belə ki, iddiaçı ona borc verməmiş, 2016-cı ildən iddiaçıdan hissə-hissə faizlə pul götürmüş və "xxxx" ASC-nin verdiyi sosial müavinət və əmək haqqı kartlarını aldığı pulun əvəzinə 2016-2023-cü illər ərzində İddiaçı vermiş, iddiaçı da həmin kartlara gələn pulları çıxarmışdır. Həmin plastik kartları 2023-cü ilin avqust ayında ona qaytarmışdır. Bundan əlavə 2024-cü ildə 1000 (bir min) manat da iddiaçıya vermişdir. İddiaçı onun başını kəsəcəyini bildirərək hədə-qorxu gəldiyindən qorxmuş və bu səbəbdən də iddiaçı ona zəng vuran zaman borcunu etiraf etmişdir. Əgər o, əvvəlki ödənişləri vaxtında ödəməsəydi, iddiaçı sonralar ona faizlə pul verməzdi. O, iddiaçıya olan borcunu faizləri ilə birlikdə, artıqlaması ilə ödəmiş və hazırda iddiaçıya borcu qalmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X6 verdiyi izahatında bildirdi ki, cavabdeh X5 ilə iş yoldaşıdır. Bir gün cavabdeh Samirə Ağayeva ilə birlikdə işə gədərkən Samirə Ağayeva yolda ondan ayrılıb başqa yerə getmiş, o, Samirə Ağayevadən hara getdiyini soruşmuş, Samirə ona “faizə pul götürmüşəm, ödəməyə gedirəm” demişdir. İddiaçı başqa şəxslərədə faizlə pul verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid X9 verdiyi izahatında bildirdi ki, cavabdeh X5 onun anasıdır. 2016-cı ildən anası Samirə Ağayevanın sosial müavinət və əmək haqqı kartları İddiaçıdır. İddiaçı onun anasına 6000 (altı min) manat faizlə pul vermiş, qarşılığında isə anası Samirənin sosial müavinət və əmək haqqı kartlarını almışdır. 2023-cü ildə anası Samirə Ağayeva ona zəng vurarak qardaşı ilə gedib iddiaçıdan kartları götürməsini demişdir. Məhkəmə iddiaçının, cavabdehin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Cəlilabad raoyn İcra Hakimiyyəti Göytəpə şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli, 09 saylı arayışdan görünür ki, X5 02 mart 2017-ci il tarixdən 21 yanvar 2019-cu il tarixədək Cəlilabad rayon Göytəpə şəhər Kommunal Müəssisələr Kombinatında işləmiş, 21 yanvar 2019-cu il tarixdən "xxxx" MMC ilə müqavilə bağlayaraq Göytəpə şəhər Kommunal Müəssisələri Kombinatına təkim olunmuş və hal-hazırda təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır və Samirə Ağayevanın aylıq əmək haqqısı hazırda 400 (dörd yüz) manat təşkil edir. İş materialında olan "xxxx" ASC-nin 12 mart 2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışından görünür ki, X3 məxsus 510307******2507 nömrəli “Debit MasterCard Salary” təyinatlı plastik kartına 01 yanvar 2016-cı il tarixdən 31 avqust 2023-cü il tarixədək 7621,12 (yeddi min altı yüz iyirmi bir manat on iki qəpik) manat pul mədaxil olmuş və həmin kartdan 7620,62 (yeddi min altı yüz iyirmi manat altımış iki qəpik) manat pul məxaric olunmuşdur. İş materialında olan "xxxx" ASC-nin 12 mart 2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışından görünür ki, X3 məxsus 678667******6642 nömrəli “Maestro Pension” təyinatlı plastik kartına 01 yanvar 2016-cı il tarixdən 31 avqust 2023-cü il tarixədək 5311,48 (beş min üç yüz on bir manat qırx səkkiz qəpik) manat pul mədaxil olmuş və həmin kartdan 5311 (beş min üç yüz on bir) manat pul məxaric olunmuşdur. İş materialında olan "xxxx" ASC-nin 12 mart 2025-ci il tarixli əmək haqqı ödəniş kartı üzrə çıxarışından görünür ki, X3 məxsus 510307******1371 nömrəli “DSMF DEBİT MASTER CARD” təyinatlı plastik kartına 01 yanvar 2016-cı il tarixdən 31 avqust 2023-cü il tarixədək 3723,6 (üç min yeddi yüz iyirmi üç manat altımış qəpik) manat pul mədaxil olmuş və həmin kartdan 3723 (üç min yeddi yüz iyirmi üç) manat pul məxaric olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən ünvanlanmış 02 may 2025-ci il tarixli, 2025/204/10089 nömrəli məktubdan görünür ki, 2016-2023-cü illərə dair görüntülər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş 28 mart 2024-cü il tarixli “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”in 6.7.1 bəndinə (əvvəlki xx.xx.2012-ci il tarixli “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 7.8.1 bəndinə) uyğun olaraq ən azı 6 (altı) ay müddətinə saxlanılması təmin edildiyindən mövcud deyil. Məhkəmə baxışı zamanı İddiaçı təqdim etdiyi səs yazısı proses iştirakçıları ilə birlikdə dinlənilərkən, tərəflər səs yazılarının onlara məxsus olduğunu bildirdilər. Səs yazıları ilə cavabdeh X2 İddiaçı borcunun yaranması öz təsdiqini tapmışdır. Həmçinin, digər səs yazısı ilə iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh Samirə Ağayeva İddiaçı zəng vuraraq 1000 manat ödədiyini, qalan 5000 manat borcunun qarşılığında isə torpaq sahəsini iddiaçıya verməsini təklif etmiş, əks təqdirdə iddia ərizəsini geri götürdüyü halda hər ay 200 manat ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh X5 İddiaçı 2022-ci ilin dekabr ayında 6000 manat borc alımış, həmin borc məbləğinin 1000 manat hissəsini cavabdehə qaytarmış, lakin 5000 manat hissəsini isə hazıradək iddiaçıya qaytarmamışdır. İddiaçı cavabdehdən dəfələrlə borcu qaytarmasını tələb etmiş, lakin cavabdeh hər dəfə borcunu qaytaracağını vəd etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və hazıradək iddiaçıya olan 5000 manat borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı borca görə 5000 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X2 hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh X1 borca görə 5000 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 5000 (beş min) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar