Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-451/2023 07.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, X1 ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Hüseyn qızına qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Hüseyn qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hüseyn qızından əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasının və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Hüseyn qızına qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş, iş üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-451/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-451/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver