Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-451/2024 22.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 2955 (iki min doqquz yüz əlli beş) manat əsas borcun və 49,55 (qırx doqquz manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh X1 xx.xx.2022-ci il tarixli, L********** saylı alqısatqı müqaviləsinə qiyməti 600 manat dəyərində 1 ədəd Samsung markalı A22 64 GB yaddaş telefon, xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən 780 manat dəyərində 1 ədəd Redmi Note 11S 64 gb yaddaş telefon, xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən qiyməti 900 manat dəyərində 1 ədəd Poco X3 Pro 256 GB yaddaş telefon, xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən 750 manat dəyərində 1 ədəd Redmi note 11 LTE 128 GB yaddaş telefon, xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən qiyməti 770 manat dəyərində 1 ədəd Redmi note 10S 64 GB yaddaş telefon, xx.xx.2021-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən qiyməti 330 manat dəyərində 1 ədəd qaz peçi 180 kv, 2 ədəd turba 1 metr,1 ədəd turba 62 sm,2 ədəd turba əyməsi almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən, 1 ədəd Samsung markalı A22 64 GB yaddaş telefon almış, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 50 manat olmaqla, 600 manat pulu ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə borcundan 186 manat ödəniş etmiş, 414 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən, 1 ədəd Redmi Note 11S 64 gb yaddaş telefon almış, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 60 manat olmaqla, 780 manat pulu ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə borcundan 333 manat ödəniş etmiş, 617 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli, L********** saylı alqısatqı müqaviləsinə əsasən, 1 ədəd Poco X3 Pro 256 GB yaddaş telefon almış, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 75 manat olmaqla, 900 manat pulu ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə borcundan 230 manat ödəniş etmiş, 670 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən, 1 ədəd Redmi note 10S 64 GB yaddaş telefon almış, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 62.50 manat olmaqla, 770 manat pulu ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə borcundan 320 manat ödəniş etmiş, 450 manat borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsi üzrə 12 ay müddətinə, hər ay 27.50 manat olmaqla, 330 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, həmin müqaviləsi üzrə yaranmış borcundan 186 manat ödəniş etmiş, 144 manat borcu yaranmışdır. Cavabdeh bütün müqavilələr üzrə yaranmış borcu ödəməyi öhdəsinə götürmüş, həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə 2955 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X3 330 (üç yüz otuz) manat dəyərində 1 ədəd qaz peçi, 180 kv, 2 ədəd turba 1 metr, 1 ədəd turba 60 sm, 2 ədəd turba götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 27.50 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X3 770 (yeddi yüz yetmiş) manat dəyərində 1 ədəd Redmi note 10S 64 GB yaddaş telefon götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 50 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X3 900 (doqquz yüz) manat dəyərində 1 ədəd Poco X3 Pro 256 GB yaddaş telefon götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 60 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X3 600 (altı yüz manat) manat dəyərində 1 ədəd Samsung markalı A22 64 GB yaddaş telefon götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 50 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X3 780 (yeddi yüz səksən manat) manat dəyərində 1 ədəd Redmi Note 11S 64 gb yaddaş telefon götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 65 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X3 750 (yeddi yüz əlli manat) manat dəyərində 1 ədəd Redmi note 11 LTE 128 GB yaddaş telefon götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 62,50 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 49.55 (qırx doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 49.55 (qırx doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2955 (iki min doqquz yüz əlli beş) manat əsas borcun və 49,55 (qırx doqquz manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-451/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-451/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver