Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-452/2023 04.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341038-1-32552 saylı Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 5242.31 (beş min iki yüz qırx iki manat otuz bir qəpik) manat əsas borc, 453.17 (dörd yüz əlli üç manat on yeddi qəpik) manat faiz borcu, cəmi 5762.68 (beş min yeddi yüz altmış iki manat altmış səkkiz qəpik) manat borcun və 77.63 (yetmiş yeddi manat altmış üç qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq Bank VTB (Azərbacyan) ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı Bank VTB (Azərbacyan) ASC-in nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçı Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341038- 1-32552 saylı Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 24.9 faiz olmaqla 5473 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin Banka ümumilikdə 5762.68 (beş min yeddi yüz altmış iki manat altmış səkkiz qəpik) manat borcu yaranmışdır. Bununla əlaqədar olaraq borcluya pretenziya məktubu göndərilmiş, lakin borclu bu günədək öhdəliklərini icra etməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 442, 385.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, onunla (cavabdehlə) iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341038-1-32552 saylı Kredit Təşkilatlarında olan X1 üzrə krediti müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 24.9 faiz olmaqla 5473 manat məbləğində kredit verilmişdir. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. İddianı tam şəkildə etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341038-1-32552 saylı Kredit Təşkilatlarında olan X1 üzrə krediti müqaviləsindən görünür ki, iddiaçı Bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 24.9 faiz olmaqla 5473 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 341038-1-32552 saylı Kredit Təşkilatlarında olan X1 üzrə krediti müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, X3 xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilədək aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə iddiaçı Banka qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5242.31 manat əsas borc, 453.17 manat faiz borcu, 67.2 manat cərimə, cəmi 5762.68 (beş min yeddi yüz altmış iki manat altmış səkkiz qəpik) manat borc və 77.63 (yetmiş yeddi manat altmış üç qəpik) manat dövlət rüsumu alınıb iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-452/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-452/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver