Məhkəmə qərarları › İş №2(073)-453/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-453/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-453/2024 22.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1500 (bir min beş yüz) manat əsas borcun və 35 (otuz beş) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh X1 xx.xx.2022-ci il tarixli, L********** saylı alqısatqı müqaviləsinə əsasən qiyməti 1120 (bir min yüz iyirmi) manat dəyərində 1 ədəd Poco f3 128GB yaddaş telefon və xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən qiyməti 1900 (bir min doqquz yüz ) manat dəyərində 1 ədəd Poco X3 Pro 256GB yaddaş telefon və hisense markalı 108 ekran televizor almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsi üzrə 12 ay müddətinə, hər ay 93.33 manat olmaqla, 1120 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, həmin xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcundan 633 manat ödəniş etmiş, öhdəliklərini lazımi qaydada icra etməmiş və 487 (dörd yüz səksən yeddi) manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsinə əsasən, 1 ədəd Poco X3 Pro 256 GB yaddaş telefon və hisense markalı 108 ekran televizor almış, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 158.33 (bir yüz əlli səkkiz manat otuz üç qəpik) manat olmaqla, 1900 (bir min doqquz yüz) manat pulu ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə borcundan 880 (səkkiz yüz səksən) manat ödəniş etmiş, öhdəliklərini lazımi qaydada icra etməmiş və və 1020 (bir min iyirmi) manat borcu yaranmışdır. Cavabdeh hər iki müqavilə üzrə yaranmış borcu ödəməyi öhdəsinə götürmüş, həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı 1500 (bir min beş yüz) manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X3 1120 (bir min yüz iyirmi) manat dəyərində 1 ədəd Poco f3 128 GB yaddaş telefon götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 93.33 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X3 1900 (bir min doqquz yüz) manat dəyərində 1 ədəd Poco X3 Pro 256GB yaddaş telefon və hisense markalı 108 ekran televizor götürmüş, aldığı əşyanın dəyərini 12 ay ərzində, hər ay 158.33 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli kontragenlərlə hesablaşma vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsi üzrə borcundan 633 manat ödəniş etmiş və müqvilə üzrə 487 manat borcu qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli kontragenlərlə hesablaşma vərəqəsindən gprünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, L********** saylı alqı-satqı müqaviləsi üzrə borcundan 880 manat ödəniş etmiş və müqavilə üzrə 1020 manat borcu qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 35 (otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35 (otuz beş) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat əsas borcun və 35 (otuz beş) manat dövlət rüsumunun tutularaq X2 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar