Məhkəmə qərarları › İş №2(073)-469/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-469/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-469/2024 16.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 14 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)- 1517/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq, hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-ci il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq, hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı cavadeh Cavabdeh ilə 2011-ci ildə faktiki olaraq evlənmişlər, nikahlarını isə 13 fevral 2021-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından üç uşağları doğulmuş, lakin iki uşağı vəfat etmişdir. Həmin uşaqlardan biri də 14 sentyabr 2012-ci il təvəllüdlü X5r. İddiaçının cavadehlə əvvəllər münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün aralarlnda narazılıqlar yaranmış və aralarında olan narazılıqlara görə iddiaçı 2018-ci ilin avqust ayında cavabdehdən ayrılmışdır. Daha sonra iddiaçı məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(073)-3101/2018 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş Aysunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)- 1517/2019 saylı qətnaməsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehdən hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşağın normal saxlanılması üçün kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun tələbatı artır və buna görə də əlaxə xərc tələb olunur. Bundan əlavə iddiaçı özü heç yerdə işləmir və uşağın maddi cəhətdən saxlanılmasından çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır və uşağına tələb edilən alimenti ödəmək iqtidarındadır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismət etiraf edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə 2011-ci ildə faktiki olaraq evlənmişlər, nikahlarını isə 13 fevral 2021-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından üç uşaqları doğulmuş, lakin iki uşağı vəfat etmişdir. Həmin uşaqlardan biri də 14 sentyabr 2012-ci il təvəllüdlü X5r. İddiaçı ilə əvvəllər münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında narazılıqlar yaranmışdır. Aralarında olan narazılıqlara görə iddaçı ilə 2018-ci ilin avqust ayında ayrılmışdır. Daha sonra Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(073)-3101/2018 saylı qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş Aysunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, ondan hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Onun digər evlilikdən daha 3 övladı vardır. Onların da maddi tələbatını ödəməkdə çətinlik çəkir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 1828/12 saylı doğum haqqında arayışdan görünür ki, X7 14 sentyabr 2012-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X1r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2023-cü il tarixli, 1322/12 saylı nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah qeydi 19 fevral 2019-cu il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(073)- 3101/2018 saylı qətnaməsindən görünür ki, 19 noyabr 2018-ci ildən başlayaraq xx.xx.2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)- 1517/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməklə, Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(073)-3101/2018 saylı qətnaməsi alimentin tutulması hissədə dəyişdirilərək, Cavabdeh 19 noyabr 2018-ci ildən başlayaraq 14 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İV 360295 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 oktyabr 2019-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X4r. İşdə olan AZ-İV 498853 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30 sentyabr 2020-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X4r. İşdə olan AZ-İV 748905 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 iyun 2022-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X4r. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2011-ci ildə faktiki olaraq evlənmişlər, 13 fevral 2012-ci ildə rəsmi nikaha girmişlər. Bu evlilikdən üç övladı doğulmuşdur. Lakin ikisi vəfat etmişdir. Onlardan biridə 14 sentyabr 2012-ci il təvəllüdlü X5r. İddiaçı cavabdehlə ailə qurduqdan sonra xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında narazılıqlar baş vermiş və ayrılmışlar. Ayrıldıqdan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(073)-3101/2018 saylı qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş Aysunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən narazı qaldığı üçün iddiaçı apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsi alimentin tutulması hissədə dəyişdirilərək, Cavabdeh 19 noyabr 2018-ci ildən başlayaraq 14 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşağın normal saxlanılması üçün kifayət etmir. Cavabdeh isə müəyyən olunmuş alimentdən əlavə uşağının maddi cəhətdən saxlanmasında iddiaçıya köməklik etmir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda Cavabdeh aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və İddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ölkəüzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanmasıüçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinəəsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətə layiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması iləəlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret işüzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz vəşərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılmasıüçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda Cavabdeh hər ay hər uşağa görə 230 (iki yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə, alimentin hansı tarixdən tutulması ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan deyil, hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-ci il tarixli, 2(106)- 1517/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 154 manat alimentin miqdarı artırılaraq hər ay 230 manat müəyyən edilməli, 14 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 230 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinəəsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı işüzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 47,60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 14 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 154 (bir yüz əlli dörd) manat alimentin miqdarı artırılaraq hər ay 230 (iki yüz otuz) manat müəyyən edilsin. 14 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 230 (iki yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 47,60 (qırx yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar