Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-47/2024 27.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərfindən verilmiş 09 yanvar 2015-ci il tarixli, **********86-10301 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən və onun mülkiyyətində olan 0,6 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 2,7 kv.metr hissəsindən çıxarılması və həmin torpaq sahəsinə hasar çəkilən zaman törədiləçək maneələrin cavabdehə qadağan edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərfindən verilmiş 09 yanvar 2015-ci il tarixli, **********86-10301 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən və mülkiyyətində olan 0,6 ha torpaq sahəsinə hasar çəkilən zaman törədiləçək maneələrin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmşdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehin 0,6 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 2,7 kv.metr hissəsindən çıxarılmasını da xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Göytəpə şəhərində yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərfindən verilmiş 09 yanvar 2015-ci il tarixli, **********86- 10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında onun mülkiyyətində olan 0,6 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi onun mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair texniki pasportu da vardır. Lakin Cavabdeh ona mülkiyyətində olan həmin torpaq sahəsinin 2,7 kv.metr hissəsini zəbt etmiş və əvvəllər mövcud olmuş hasarın yenidən hasarlanmasında maneələr törədir və onun öz mülkiyyətindən sərbəst istifadə eməsinə imkan verməmişdir. Cavabdehin qanunsuz əməllərinə görə onun mülkiyyət hüquqları pozulmuşdur. O, torpaq sahəsindən maneəsiz istifadə etməsinə şərait yaratmasını cavabdehdən dəfələrlə tələb etsə də, nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı xüsusi mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60,2 kv.m yaşayış, 3,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində 09 yanvar 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında İddiaçı mülkiyyətində fərdi yaşayış evi 1993 inventar nömrəsi ilə 23 iyul 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 3-16-16/2-10/2857 saylı ekspert rəyindən və Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-344/2-1238/2024 saylı mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində İddiaçı hasar çəkmək istədiyi torpaq sahəsi, **********86-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın elektron baza materialının döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin 2,7 kv.metrədək hissəsinin Cavabdehnun faktiki istifadəsində olan 0,0662 ha torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşmə vəziyyəti müəyyənləşdirildi. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin naturada yerləşmə vəziyyəti müəyyənləşdirildi. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin Cavabdeh iddiaçının mülkiyyətində olan həmin 0,06 ha həyətyanı torpaq sahəsinin 2,7 kv.metr hissəsini zəbt etməklə, əvvəllər mövcud olmuş hasarın yenidən hasarlanmasında iddiaçıya maneələr törədir və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə eməsinə imkan vermir. Məhkəmə qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 3-16-16/2- 10/2857 saylı ekspert rəyini obyektiv və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,6 ha həyətyanı torpaq sahəsinin 2,7 kv.metr hissəsindən çıxarılmalı, iddiaçıya mülkiyyətində olan 0,6 ha həyətyanı torpaq sahəsindən sərbəst istifadə etməsinə və həmin torpaq sahəsində hasarlama işlərinin görülməsinə Cavabdeh tərəfindən hər hansı bir müdaxilənin olunması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 170 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,6 ha həyətyanı torpaq sahəsinin 2,7 kv.metr hissəsindən çıxarılsın, iddiaçıya mülkiyyətində olan 0,6 ha həyətyanı torpaq sahəsindən sərbəst istifadə etməsinə və həmin torpaq sahəsində hasarlama işlərinin görülməsinə Cavabdeh tərəfindən hər hansı bir müdaxilənin olunması qadağan edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh və Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 170 (bir yüz yetmiş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-47/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-47/2024
27.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver