Məhkəmə qərarları › İş №2(073)-476/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-476/2024

25.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-476/2024 25.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı avtomobilin qaytarılması və ya avtomobilin dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı avtomobilin qaytarılması və ya avtomobilin dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan «Mercedes Benz E200» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki pasportu ilə birlikdə tam işlək vəziyyətdə cavabdehdən alınıb ona (iddiaçıya) verilməsinə, avtomobil olmadığı, satıldığı və ya xarab vəziyyətdə olduğu halda avtomobilin dəyəri olan 10000 (on min) manat pulun və 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun, cəmi 10120 (on min bir yüz iyirmi) manat pulun Cavabdeh alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, mülkiyyətində olan «Mercedes Benz E200» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin özünün, avtomobil olmadığı, satıldığı və ya xarab vəziyyətdə olduğu halda avtomobilin dəyəri olan 13000 (on üç min) manat pulun cavabdehdən alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan «Mercedes Benz E200» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə xx.xx.2018-ci ildə Cavabdeh etibar etmiş və bu barədə cavabdehə notarial qaydada təsdiq edilmiş etibarnamə verimişdir. Cavabdeh həmin nəqliyyat vasitəsinin dəyərini hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh həmin avtomobillə müxtəlif tarixlərdə yol hərəkəti qaydalarını pozmuş və cərimələr iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehdən mülkiyyətində olan avtomobili geri tələb etsə də nəticəsi olmamışdır. İddiaçı telefon vasitəsi ilə cavabdehdən avtomobili qaytarmasını tələb etsə də, cavabdeh avtomobili qaytarmayacağını bildirmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı mülkiyyətində olan «Mersedes Benz E200» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında X4 etibar etmiş və İddiaçı ilkin olaraq 3000 manatdan çox pul ödənilmişdir. Həmin vaxt İddiaçı Elçin Cavadova mülkiyyətində olan həmin nəqliyyat vasitəsinin bankın girovluğunda olduğunu, aylıq ödənişləri ödəməli olduğunu bildirmiş, Elçin Cavadov da aylıq ödənişləri ödəyəcəyinə dair söz vermişdir. Həmin nəqliyyat vasitəsi 4-5 il müddətində Elçin Cavadovun istifadəsində olmuş və Elçin Cavadov maşına görə banka ödənişlər etmişdir. Bundan sonra isə X6 Əzimov arasında olan razılaşmaya əsasən Cavabdeh özünə məxsus nəqliyyat vasitəsini ilkin ödənişin əvəzi olaraq Elçin Cavadova vermiş və sonuncu da öz istifadəsində olan «Mersedes Benz E200» markalı, ** DC *** nəqliyyat vasitəsini Cavabdeh vermişdir. Həmin nəqliyyat vasitəsi Cavabdeh verildikdən sonra Cavabdeh tərəfindən də banka ödənişlər edilmişdir. Cavabdeh iddiaçını şəxsən tanımamış və onunla həmin nəqliyyat vasitəsin dair hər hansı bir razılaşma olmamışdır. Cavabdeh iddianı özünə münasibətdə əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan «Mersedes Benz E200» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün etibar edən İddiaçı tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək Cavabdeh etibar edilmişdir. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, «Mersedes Benz E200 CDİ minik» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2 (073)-1842/2014 saylı icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı 7446 (yeddi min dörd yüz qırx altı) manat kredit borcu və 190 (bir yüz doxsan) manat faiz borcu olmaqla, cəmi 7636 (yeddi min altı yüz otuz altı) manat məbləğində vəsait alınaraq "xxxx" ASC-nin Masallı filialına ödənilməli, ipoteka ilə yüklü edilmiş «Mersedes Benz E200» markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomaşın açıq hərracdan satılmalı, satışından əldə edilən pul vəsaitindən 7636 (yeddi min altı yüz otuz altı) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, «Mersedes Benz E200» markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin hərrac qiyməti 11000 (on bir min) manat müəyyən edilməlidir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şöbənin icraatında olan icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı məxsus «Mercedes Benz E200 CDİ minik» markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Qeyd olunan avtomobil saxlanılaraq 728 stasianar postun dayanacağına yerləışdirilmişdir. Zərurətin aradan qalxması ilə əlaqədar olaraq qeyd olunan avtomobilin üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsinə və həmin avtomobilin Cavabdeh (AZE ********) təhvil verilməsinə etiraz edilmir. İşdə olan qiymətləndirici «AECS» Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AV 03-17/24 saylı avtomobilin bazar dəyəri haqqında hesabatdan görünür ki, «Mercedes Benz E200 CDİ minik» markalı avtomobilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 13500 (on üç min beş yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan «Mercedes Benz E200 CDİ minik» markalı **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cəlilabad rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh etibar edilmişdir. Həmin etibarnamə qüvvədən düşdükdən sonra iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, Cavabdeh «Mercedes Benz E200 CDİ minik» markalı **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mülkiyyətçisi olan İddiaçı qaytarmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cur pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən İnəhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddia mübahisəli avtomobil nasaz (xarab) olduğu halda, dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, hazırki tələb mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən geri alınması ilə bağlıdır. Həmin əmlak aşkar olunaraq, hər hansı nasazlığı müəyyən ediləcəyi halda isə, iddiaçının əmlakın tam dəyərini deyil, ona vurulmuş ziyanı tələb etmək hüququ var ki, bu hazırki mübahisənin predmetini təşkil etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, 2000-ci il istehsalı olan, «Mersedes Benz E200 minik CDİ» markalı **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə birlikdə) tam işlək vəziyyətdə cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000-ci il istehsalı olan, «Mersedes Benz E200 CDİ» markalı **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə birlikdə) tam işlək vəziyyətdə alınıb İddiaçı verilsin. Cavabdeh 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar