Məhkəmə qərarları › İş №2(073)-496/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-496/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-496/2023 05.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı borclu olduğu müddətdə ödəməli olduğu 3531 manat pul vəsaitindən artıq tutulmuş 1419,46 manat pul vəsaitinin geri qaytarılması və qətnamənin ona aid olan hissəsinə xitam verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu olduğu müddətdə ödəməli olduğu 3531 manat pul vəsaitindən artıq tutulmuş 1419,46 manat pul vəsaitinin geri qaytarılması və qətnamənin ona aid olan hissəsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, özü təqaüdçüdür. Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli, 2(073)-1357/2014 saylı qətnaməsinə (əmrinə) əsasən borclular X2, X1 və ondan müştərək qaydada 9300 ABŞ dolları və 830 manat məhkəmə xərci tutularaq X4 xeyrinə ödənilməlidir. Onun təqaüd kartından və nəğd qaydada etdiyi ödənişlərdən məlum olur ki, onun üzərinə düşən pul vəsaiti tərəfindən artıqlaması ilə ödənilmişdir. 05 noyabr 2022-ci il tarixə kimi onun təqaüdündən 4415,46 manat pul tutulmuş və əlavə olaraq noyabr ayında 135 manat nəğd qaydada ödəniş etmişdir. Bundan əlavə 2018-ci ildə nəğd qaydada 400 manat əlavə ödəniş etmişdir. İcra və Probasiya şöbəsi tərəfindən ondan əlavə olaraq 600 manat vəsait tələb olunur. Beləliklə onun zərərçəkmişə və İcra və Probasiya şöbəsinə xidmət haqqı olaraq ödəməli olduğu 3531 manat əvəzinə ondan 4950,46 manat pul vəsaiti tutulmuşdur. Bu hesabla ondan 1419,46 manat artıq pul vəsaiti tutulmuşdur. Lakin Cavabdeh tərəfindən X4 hazırda həbsdə olduğu ona bildirilmişdir. Onun tərəfindən ödənilməli olan 3531 manat və icra xərci olan 276 manat tam şəkildə ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə olan Cavabdeh 05 noyabr 2022-ci il tarixli, 85600/30-8 saylı məktubdan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli, 2(073)-1357/2014 saylı icra sənədinə əsasən X3 təqaüdündən tələbkar X4 xeyrinə 4415,46 manat pul vəsaiti tutulmuşdur. Məhkəmə iclasında müəyyən olunur ki, iddiaçı X6 ondan 3531 manat əvəzinə 4950,46 manat pul vəsaitinin tutulmasını bildirsə də, həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı X3 cavabdehə qarşı olan həmin tələbi iş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X3 Cavabdehnə qarşı borclu olduğu müddətdə ödəməli olduğu 3531 manat pul vəsaitindən artıq tutulmuş 1419,46 manat pul vəsaitinin geri qaytarılması və qətnamənin ona aid olan hissəsinə xitam verilməsi tələbi əsassızdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X3 Cavabdehnə qarşı borclu olduğu müddətdə ödəməli olduğu 3531 manat pul vəsaitindən artıq tutulmuş 1419,46 manat pul vəsaitinin geri qaytarılması və qətnamənin ona aid olan hissəsinə xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı X3 Cavabdehnə qarşı borclu olduğu müddətdə ödəməli olduğu 3531 manat pul vəsaitindən artıq tutulmuş 1419,46 manat pul vəsaitinin geri qaytarılması və qətnamənin ona aid olan hissəsinə xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar