Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-5/2024 28.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Allahbağış oğluna və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 Allahbağış oğlundan və Cavabdeh2 8425.32 ABŞ dolları əsas borc, 2256.29 ABŞ dolları faiz borcu, cəmi 3394.70 ABŞ dolları borcun, xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1234.35 ABŞ dolları, ümumilikdə 15310.66 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 Allahbağış oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Allahbağış oğlundan və Cavabdeh2 8425.32 ABŞ dolları əsas borc, 2256.29 ABŞ dolları faiz borcu, cəmi 3394.70 ABŞ dolları borcun, xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1234.35 ABŞ dolları, ümumilikdə 15310.66 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı LPO İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası 28 dekabr 2024-cü il tarixə saat 11:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməmə iclasına gəlmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 6********) iddiaçı LPO İddiaçı ASC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Allahbağış oğluna və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 Allahbağış oğlundan və Cavabdeh2 8425.32 ABŞ dolları əsas borc, 2256.29 ABŞ dolları faiz borcu, cəmi 3394.70 ABŞ dolları borcun, xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1234.35 ABŞ dolları, ümumilikdə 15310.66 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı LPO İddiaçı ASC-yə verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 30 (qırx) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 6********) iddiaçı LPO İddiaçı ASC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-5/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-5/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver