Məhkəmə qərarları › İş №2(073)-522/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-522/2025

05.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-522/2025 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X3 və İddiaçı8 Cavabdeh qarşı cavabdehin onlara (iddiaçılara) məxsus Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən 1,867343 ha torpaq sahəsindən çıxarılmaqla, həmin torpaq sahəsinin onlara verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5n, İddiaçı6, X4 və İddiaçı8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən **********48 qeydiyyat nömrəli, 28 iyul 2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətlərində olan Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən 1,867343 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və həmin torpaqdan onların maneəsiz istifadə etmələrinə şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5n, İddiaçı6, X4 və İddiaçı8 məhkəməyə iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək qeyd etmişdir ki, Cavabdeh qarşı cavabdehin onlara (iddiaçılara) məxsus Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən 1,867343 ha torpaq sahəsindən çıxarılmaqla, həmin torpaq sahəsinin onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı1 iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Üçtəpə kəndində yaşayır. Yaşadığı həmin kənddə onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,867343 hektar torpaq sahəsi verilmişdir. Həmin topraq sahəsinin onlara verilməsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********48 reyestr nömrəli çıxarışa əsasən 28 iyul 2021-ci il tarixdə ********** nömrə ilə onların mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. Lakin Cavabdeh heç onların mülkiyyətində olan həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək, onun və digər iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmələrinə maneələr törədir və onların öz mülkiyyətlərində olan həmin torpaq sahəsini sərbəst əkib-becərmələrinə imkan vermir. Cavabdehin qanunsuz əməllərinə görə onun və ailə üzvləri olan digər iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. O, torpaq sahəsindən maneəsiz istifadə etməsinə şərait yaratmasını cavabdehdən dəfələrlə tələb etsə də, nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X4 və İddiaçı8 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X3 və İddiaçı8 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, onun və ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Üçtəpə kəndi ərazisndə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,08 ha və 0,4074 ha torpaq sahəsi verilmişdir. DƏDRX tərəfindən həmin torpaq sahələrinin onlara məxsus olmasını təsdiq edən çıxarışlar da verilmişdir. O, öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə edir. Bu səbəbdən də ona qarşı olan iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********48 reyestr nömrəli çıxarışdan görünür ki, X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X3, İddiaçı1 və İddiaçı8 mülkiyyətlərinə Cəlilabad rayonu Üçtəpə kəndi ərazisndə, kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1,867343 hektar torpaq sahəsi, 28 iyul 2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ 141457 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 dekabr 2020-ci il tarixdə “Dəqiqləşdirilməmiş ağciyər ürək çatmamazlığı” səbəbindən vəfat etmişdir. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X7 vəfat etmişdir. Vəfat etdiyi günə qədər Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olmuşdur və yaşamışdır. X1 vərəsələri arvadı İddiaçı2, qızı Sarıyeva (Qasımova) Qızılgül Süleyman qızı, qızı Sarıyeva (Cəfərova) Ağgül Süleyman qızı, oğlu İddiaçı1, qızı X4, qızı İddiaçı6, qızı İddiaçı4, qızı Sarıyeva (Şahbazova) Gülnar Süleyman qızı və qızı Sarıyeva (Mansurova) Bəsti Süleyman qızıdır. X7 vəfat etdikdən sonra qalan əmlakına faktiki olaraq arvadı X6 faktiki sahiblik edir və ona məxsus evdə yaşayır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 17 sentyabr 2025-ci il tarixli, 3-21-3-44/2-6878/2025 saylı mütəxəssis rəyindən görünür ki, torpaq islahatı zamanı mülkiyyətə verilmiş torpaqların hüquqi sənədlərində əks olunan göstəricilərlə faktiki istifadələrindəki məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, qanunamüvafiq qaydada mülkiyyətçilər arasında torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 07 oktyabr tarixli 1455 nömrəli Fərmanları əsasında aparılmış uçot (dürüsləşmə) işlərinin yekun nəticəsi olaraq yeni rəqəmsal kadastr xəritəsində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X3 və İddiaçı8 iddia etdikləri ərazi kimi naturada plana alınmış 1,7282 ha torpaq sahəsindən 1,7111 ha hissəsi **********48 reyestr nömrəli çıxarışın 12 fevral 2024-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 1,867343 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. İşdə olan 17 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 hazır ki iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 20 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 iş üzrə keçirilmiş ekspertizada mütəxəssis rəyinin verilməsindən ötrü Reyestr xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsinə 95 manat rüsum ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, **********48 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Üçtəpə kəndində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X3 və İddiaçı8 mülkiyyətinə 1,867343 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh iddiaçılara məxsus 1,867343 ha torpaq sahəsinin 1,7111 hektaradək hissəsini zəbt etmişdir. İddiaçılar dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsələr də, cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X3 və İddiaçı8 Cavabdeh qarşı cavabdehin onlara (iddiaçılara) məxsus Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən 1,867343 ha torpaq sahəsindən çıxarılmaqla, həmin torpaq sahəsinin onlara verilməsi tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, **********48 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Üçtəpə kəndində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X3 və İddiaçı8 mülkiyyətinə verilmiş 1,867343 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1,7111 ha hissəsindən çıxarılmalı və 1,7111 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçılara qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 verilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı1 tərəfindən ödənilmiş 95 manat Cavabdeh alınaraq İddiaçı1 verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, **********48 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Üçtəpə kəndində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X3 və İddiaçı8 mülkiyyətinə verilmiş 1,867343 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1,7111 ha hissəsindən çıxarılsın və 1,7111 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçılara qaytarılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı1 tərəfindən ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar